14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Nədir Nə, necə, niyə? Elmi ensiklopediya
Nə, necə, niyə? Elmi ensiklopediya

Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

Kentavrlar daha çox Yunan mifologiyası vasitəsilə tanınsa da, bu varlıqlar Orta və Yaxın Şərq mədəniyyətlərində də məlum olub. Kentavrlar adətən kişi cinsindən olan varlıqlar kimi təsvir edilib, lakin mənbələrdə qadın kentavrların da mövcud olduğu bildirilir. Buna nümunə olaraq Bayö qobelenində təsvir edilmiş qadın kentavr və qanadlı kişi kentavr göstərilir.

1 Fevral 2026 21:05
Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

BAKI, AzerVoice

Kentavrlar daha çox Yunan mifologiyası vasitəsilə tanınsa da, bu varlıqlar Orta və Yaxın Şərq mədəniyyətlərində də məlum olub. Kentavrlar adətən kişi cinsindən olan varlıqlar kimi təsvir edilib, lakin mənbələrdə qadın kentavrların da mövcud olduğu bildirilir. Buna nümunə olaraq Bayö qobelenində təsvir edilmiş qadın kentavr və qanadlı kişi kentavr göstərilir.

Krit adasında kentavrların Ağ Kısrak Tanrıçası Levkipanın nəsli olduğu düşünülürdü. Onların Pireynə çeşməsi kahinələri ilə əlaqəli olması ehtimal edilir. Bu kahinələr Peqasusa sitayiş edir, at maskaları taxır və yunanlar tərəfindən “kişiləri udan kısraklar” adlandırılırdı.

Yunan incəsənətində kentavrlar insanın başı, gövdəsi və qolları, atın isə bədəni və ayaqları ilə təsvir edilirdi. Onlar əsasən Arkadiya və Fessaliya kimi dağlıq bölgələrdə yaşayan, uzun saçlı, vəhşi və sehrli güclərə malik qədim varlıqlar hesab olunurdu. Xarici görünüşləri cəlbedici olsa da, xarakterləri çox vaxt qəddar və nəzarətsiz idi. Kentavrlar iki əsas qola bölünürdü və bu qollar bir-birinə tam zidd xasiyyətlərə malik idi.

Kentavrların mənşəyi ilə bağlı bir neçə əfsanə mövcuddur. Tədqiqatçı Robert Qreyvs iki fərqli kentavr növündən bəhs edir. Əfsanəyə görə, Lapitlər kralı Fleqiyanın oğlu İksion gələcək qayınatası Eioneyi hiylə ilə öldürmüşdü. Buna baxmayaraq, Zevs onu Olimpa apararaq günahlarını bağışladı. Lakin İksion dəyişmədi və Heranı aldatmağa cəhd göstərdi. Hera onun üçün buluddan bir surət yaratdı və sərxoş İksion bu fərqi anlamadan onunla yaxınlıq etdi. Bu əlaqədən kentavr doğuldu və Magnesiya kısrakları ilə birlikdə yarı insan-yarı at nəslinin əsasını qoydu.

Bu qol bəzən “maqnetlər” və ya “böyüklər” adlandırılırdı. Onların ən məşhur nümayəndələri Xiron və Fol idi. Xiron yunan mifologiyasında müdrik, ədalətli və bilikli kentavr kimi tanınırdı. O, ovçuluq, təbabət, musiqi və falçılıq sənətlərinə bələd idi. Müalicəvi bitkilər haqqında dərin biliklərə malik olan Xironun şagirdlərindən biri də təbabət tanrısı Asklepiy idi.

Yunan və Roma mədəniyyətində kentavrlar tez-tez yeraltı aləmlə əlaqələndirilirdi. Bu səbəbdən onların təsvirləri məzar daşları və qəbirüstü abidələrdə də yer alırdı.

İkinci və daha çoxsaylı kentavr qolu isə Kronos və onun həyat yoldaşı, dəniz nimfası Filiradan törəmişdi. Bu kentavrlar sərxoşluq, eyş-işrət və gecələrlə davam edən orgiyalarla tanınırdı. Onlarla qarşılaşan qadınlar namuslarını qorumaq üçün qaçmağa məcbur qalırdılar. Bu qolun məşhur nümayəndələrindən biri Ness idi.

Əfsanəyə görə, Herakl həyat yoldaşı Deianira ilə səyahət edərkən güclü axarlı çaya rast gəlir. Ness Deianiranı çayın o biri sahilinə keçirməyi təklif edir. Lakin Herakl geri dönəndə kentavrın arvadını qaçırdığını görür və onu zəhərli oxla vurur. Ölüm ayağında olan Ness Deianiraya yalan söyləyərək qanını Heraklın köynəyinə sürtərsə, bunun sevgi sehrinə çevriləcəyini deyir. Sonradan Deianira bu köynəyi Herakla göndərir və kentavrın qanı qəhrəmanı öldürür.

Kentavr obrazı yalnız Yunanıstanla məhdudlaşmırdı. Onlar Mərkəzi Asiya inanclarında, Assuriya möhürlərində və Babil dövrü təsvirlərində də yer alıb. Orta Şərqdə bəzi kentavrlar əqrəb quyruqlu şəkildə, yay və ya dəyənəklə ov edən varlıqlar kimi göstərilirdi.

Avropa heraldikasında kentavrlar əsasən silahlı təsvir olunurdu. Xüsusilə İngiltərə və Şotlandiyada gərgin yayla silahlanmış kentavrlar bəzi zadəgan ailələrinin gerblərində yer alıb. Kentavr simvolu heraldikada əsasən Renessans dövründən etibarən yayılıb.

Mifoloji baxımdan kentavrlar insan daxilindəki ağıl və duyğular arasındakı daimi mübarizəni simvollaşdırır. Nə duyğuların tam hökmranlığı, nə də soyuq ağılın mütləq nəzarəti sağlam hesab olunur. Əsl balans bu iki qüvvənin ahəngindədir.

Psixoloji baxımdan kentavrlar həm müsbət, həm də mənfi xüsusiyyətləri təcəssüm etdirir. Müsbət tərəfdən – insanın instinktlərini nəzarətdə saxlaması, mənfi tərəfdən isə nəfsin və idarəsiz ehtirasların hökmranlığı simvolizə olunur. Kentavrların sehrli xüsusiyyətlərinə şəfa vermə, çevrilmə, musiqi, sənət və falçılıq aid edilir. Xiron isə qədim biliklərin ustad-müəllimi kimi qəbul edilir və mifologiyada bilik axtaranlara yol göstərən fiqur sayılır.

Məqalədə: #Kentavrlar kim idi? Yunan mifologiyasından Şərq inanclarına #Yarı insan #yarı at: Kentavrların sirli tarixi #Kentavr əfsanələri: müdrik Xirondan qəddar Nessə #Kentavrlar mifdir #yoxsa qədim mədəniyyətlərin ortaq simvolu? #Kentavrlar nəyi simvolizə edir? Ağıl və ehtirasın savaşı #Qədim dünyada kentavr obrazı: mif #sehr və psixologiya #Kentavrlar və insanın daxili ikiliyi #Şərqdən Qərbə kentavr inancı necə yayıldı? #Kentavrların sehrli və psixoloji mənası #Kentavrlar: mifologiyanın ən ziddiyyətli varlıqları

Mövzu üzrə digər xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Nə, necə, niyə? Elmi ensiklopediya

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?

9 Sentyabr 15:21
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Nə, necə, niyə? Elmi ensiklopediya

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları

6 Sentyabr 21:00
İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
DAAD təqaüdü nədir?
Nə, necə, niyə? Elmi ensiklopediya

DAAD təqaüdü nədir?

2 Avqust 09:30

Son Xəbərlər

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
20:42
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
20:39
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
20:33
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
20:30
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
20:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.