15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Atom enerjisi Azərbaycanın enerji balansında yer alacaq - Pərviz Şahbazov

Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda çıxışı zamanı atom enerjisinin gələcəkdə Azərbaycanın enerji balansında mühüm rol oynaya biləcəyini bildirib. Məlumata əsasən, nazir qeyd edib ki, ölkənin enerji siyasəti resursların şaxələndirilməsinə əsaslanır və bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir.

17 Aprel 2026 12:38
Atom enerjisi Azərbaycanın enerji balansında yer alacaq - Pərviz Şahbazov

BAKI,VOA

Azərbaycan enerji strategiyasında yeni mərhələyə hazırlaşır.

VOA xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda çıxışı zamanı atom enerjisinin gələcəkdə Azərbaycanın enerji balansında mühüm rol oynaya biləcəyini bildirib.

Məlumata əsasən, nazir qeyd edib ki, ölkənin enerji siyasəti resursların şaxələndirilməsinə əsaslanır və bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir.

Qeyd olunub ki, yaxın illərdə 8 qiqavatadək bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır və bunun 2 qiqavatı artıq 2027-ci ilə qədər daxili enerji sisteminə inteqrasiya ediləcək.

Bildirilib ki, Azərbaycan enerji təhlükəsizliyini yalnız karbohidrogenlər hesabına deyil, həm də elektrik enerjisi və bərpa olunan mənbələr vasitəsilə təmin etməyi hədəfləyir.

Məlumata görə, Pərviz Şahbazov atom enerjisinin təmiz enerji kimi gələcəyin energetikasında vacib komponentlərdən biri olacağını vurğulayıb.

Qeyd edilib ki, elektrik enerjisinə qlobal tələbatın sürətlə artması bu sahədə yeni yanaşmaları zəruri edir.

Bildirilib ki, gələcək enerji keçidində əsas komponentlər təbii qaz, bərpa olunan enerji mənbələri və atom energetikası olacaq.

Məlumata əsasən, nazir regional enerji əlaqəliliyinin genişləndirilməsinin əhəmiyyətinə də toxunaraq Azərbaycan, Türkiyə, Avropa və Mərkəzi Asiya arasında layihələrin həyata keçirildiyini qeyd edib.

Qeyd olunub ki, bu təşəbbüslər enerji təhlükəsizliyi, ekoloji dayanıqlıq və enerji təchizatının əlçatanlığının təmin olunmasına xidmət edir.

Məqalədə: #Türkiyə #Azərbaycan #Pərviz Şahbazov #Energetika Nazirliyi

Mövzu üzrə digər xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır

12 Sentyabr 10:18
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

12 Sentyabr 00:15
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07

Son Xəbərlər

Məhəmməd bin Salman Qahirəyə səfər edib
Məhəmməd bin Salman Qahirəyə səfər edib
18:02
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
16:51
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
16:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.