6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Energetika naziri Pərviz Şahbazovla İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

22 Aprel 2026 16:50
Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BAKI,VOA, Orxan Qədirzadə

Energetika naziri Pərviz Şahbazovla İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

VOA Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İrlandiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Parlamentlərarası əlaqələrin münasibətlərin möhkəmləndirilməsində, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rolu vurğulanıb. Enerji sahəsində mövcud qlobal çağırışlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sabit və etibarlı enerji təchizatçısı kimi verdiyi töhfələr qeyd olunub. Ölkəmizin xam neft və təbii qaz ixracı, həmçinin enerji sisteminin şaxələndirilməsi çərçivəsində bərpa olunan enerji mənbələrinin inkişafı və regionlararası “yaşıl enerji dəhlizləri”nin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

İrlandiya nümayəndə heyəti ölkələrinin enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdıraraq, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Görüşdə ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft təchiz edildiyi qeyd olunub. Mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, həmçinin İrlandiya şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrinə, o cümlədən istehsal və ötürmə sahələrinə investisiya yatırmağa dəvət olunub.
Söhbət zamanı İrlandiya tərəfinin “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə də toxunulub.

Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Məqalədə: #Pərviz Şahbazov #bərpa olunan enerji #Enerji təhlükəsizliyi #Azərbaycan enerji siyasəti #Avropa enerji bazarı #İrlandiya əməkdaşlıq #LNG əməkdaşlıq #Azərbaycan İrlandiya enerji əməkdaşlığı 2026 #Pərviz Şahbazov görüş enerji siyasəti #Azərbaycan Avropa enerji təhlükəsizliyi rolu #bərpa olunan enerji layihələri Azərbaycan #LNG əməkdaşlıq imkanları Azərbaycan İrlandiya #Bakı Enerji Həftəsi iştirakçı ölkələr

Mövzu üzrə digər xəbərlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?
Digər Dövlətlər

ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

3 Sentyabr 20:10
ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf
İran

ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

1 Sentyabr 20:28
İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb
İran

İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

1 Sentyabr 10:18

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.