4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Balkanları katolikləşməkdən kim qurtardı? Osmanlı və Venesiya rəqabəti

Osmanlı dövlətinin daxili işlərini qaydaya salması və davamlı fəth strategiyası sayəsində türklər Balkanlarda irəliləməkdə ciddi çətinlik çəkmədilər. XIV əsrin son rübündə Balkanlar siyasi cəhətdən bütöv deyildi və bir neçə kiçik feodal dövlətə parçalanmışdı. Bu dövlətlər arasındakı rəqabət və çəkişmələr onların Osmanlıya qarşı birgə müqavimət göstərməsinə mane olur, bu da türk hökmranlığının yayılmasını sürətləndirirdi.

19 Aprel 2026 05:37
Balkanları katolikləşməkdən kim qurtardı? Osmanlı və Venesiya rəqabəti

BAKI,VOA

Osmanlı dövlətinin daxili işlərini qaydaya salması və davamlı fəth strategiyası sayəsində türklər Balkanlarda irəliləməkdə ciddi çətinlik çəkmədilər. XIV əsrin son rübündə Balkanlar siyasi cəhətdən bütöv deyildi və bir neçə kiçik feodal dövlətə parçalanmışdı. Bu dövlətlər arasındakı rəqabət və çəkişmələr onların Osmanlıya qarşı birgə müqavimət göstərməsinə mane olur, bu da türk hökmranlığının yayılmasını sürətləndirirdi.

Stefan Duşan və Serb imperiyasının süqutu

Balkanlar bir müddət hökmdar Stefan Duşan (1331-1355) tərəfindən qurulan Serb imperiyası vasitəsilə nisbi birlik qazanmışdı. “Serblərin və yunanların çarı” titulunu alan S.Duşan Makedoniya, Frakiya, Fessaliya və Epiri işğal edərək Bolqarıstanı özünə birləşdirmişdi. O, 1349-cu ildə "Duşanov Zakonik" qanunlarını qəbul etdirmiş, yunan dilini rəsmi dil elan etmişdi. Lakin onun 1355-ci ildə vəfatından sonra dövlətin sürətlə parçalanması, bu güclü görünən strukturun əslində nə qədər zəif olduğunu ortaya çıxardı.

Tarixçi Halil İnalcık bildirir ki, Serb imperiyasının zəifləməsindən sonra Osmanlılar Balkanlarda əsas "himayədarlıq" roluna keçdilər.

Macarıstan və Venesiya təhlükəsi

Siyasi parçalanmadan istifadə edən şimalda Macarıstan, qərbdə və cənubda isə Venesiya Balkanlarda genişlənmə siyasəti yürüdürdü. Bu iki dövlət həm katolikliyi, həm də sərt siyasi-hərbi üstünlüyü təmsil edirdi. Onların hökmranlığı yerli pravoslav xalq tərəfindən qəbul edilmirdi. Lakin bu dövlətlərin təzyiqi Balkanları katolik olmağa məhkum edirdi. Osmanlıların bu güclərə qarşı mübarizəsi katolikləşmə təhlükəsinin qarşısını aldı və pravoslavlığın bölgədə qorunub saxlanmasına şərait yaratdı.

Sosial vəziyyət və kəndlilərin durumu

Balkanların sosial vəziyyəti də Osmanlıların möhkəmlənməsinə xidmət etdi. Bizansın mərkəzi hakimiyyəti zəiflədikcə əyalətlərdəki feodallar müstəqilləşmiş, bu isə kəndlilərin üzərinə düşən vergi və biyar mükəlləfiyyətlərinin dözülməz dərəcədə artmasına səbəb olmuşdu.

Osmanlı fəthi ilə bölgədə dağınıq feodal özbaşınalığına son qoyuldu, yerində mərkəzi və mütləq dövlət hakimiyyəti quruldu. Bu, sadə xalqın üzərindəki feodal təzyiqini azaltdı və Osmanlının bölgədə qalıcı olmasını təmin edən ən vacib sosial faktorlardan biri oldu.

Məqalədə: #Osmanlı dövləti tarixi #Balkan münaqişələri #Halil İnalcık #Balkan tarixi #Stefan Duşan #Serb imperiyası #Feodal parçalanma #Macarıstan krallığı #Venesiya respublikası #Osmanlı idarəçiliyi

Mövzu üzrə digər xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

16:17
Tarixdə bu gün — 1 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün — 1 Sentyabr

1 Sentyabr 00:01
İslam memarlığının 8 şah əsəri hansılardır?
İslam və Tarix

İslam memarlığının 8 şah əsəri hansılardır?

30 Avqust 09:16
Osmanlının ilk konstitusiyası: Dövlət idarəçiliyini dəyişən tarixi qanunlar
Hərb tarixi: Döyüş xronikası

Osmanlının ilk konstitusiyası: Dövlət idarəçiliyini dəyişən tarixi qanunlar

23 Avqust 14:00

Son Xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.