13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

1589 Yeniçəri Üsyanı necə başladı

2 aprel 1589-cu ildə Kapıkulu əsgərləri dəyəri aşağı olan akçə (pul vahidi) ilə maaşlarının ödənilməsini qəbul etməyərək böyük bir üsyan qaldırdılar. Bu üsyan əvvəlki əsgər üsyanlarından fərqli idi.

15 İyun 2025 12:07
1589 Yeniçəri Üsyanı necə başladı

BAKI,AzerVoice

2 aprel 1589-cu ildə Kapıkulu əsgərləri dəyəri aşağı olan akçə (pul vahidi) ilə maaşlarının ödənilməsini qəbul etməyərək böyük bir üsyan qaldırdılar. Bu üsyan əvvəlki əsgər üsyanlarından fərqli idi. Topkapı Sarayı qarşısına toplaşan yeniçərilər Osmanlı tarixində ilk dəfə olaraq saraya göndərdikləri siyahıda Rumeli Beylerbeyi Doğancı Mehmed Paşa, Başdefterdar Mahmud Paşa və bəzi dövlət adamlarının başlarını istədilər.

Pulun dəyərinin gündən-günə azalması Osmanlı akçesinin bazardakı alıcılıq qabiliyyətini zəiflətmiş, ən çox da maaşla dolanan əsgərlər – Kapıkulu əsgərləri bu vəziyyətdən zərər görmüşdü. İstanbul tacirləri dəyəri aşağı olan akçə ilə alış-veriş etmək istəmədiyi üçün Kapıkulu əsgərləri daha da çətin vəziyyətə düşmüşdü. Artıq dözəcək halları qalmayan yeniçərilər əvvəlcə şeyxülislamın, sonra da Veziriazam Siyavuş Paşanın yanına gedərək vəziyyətlərini izah etdilər. Ancaq istədiklərinə nail ola bilmədikləri üçün daha təsirli bir yol olaraq Topkapı Sarayı qarşısında toplandılar.
Hətta sarayın həm xarici, həm də daxili həyətlərini ələ keçirərək Divanı basdılar. III. Murad tərəfindən göndərilən nəsihətçiləri daşladılar və pulun dəyərini aşağı salmağın əsas günahkarı olaraq gördükləri Rumeli Beylerbeyi Mehmed Paşa ilə Başdefterdar Mahmud Paşanın başlarını istədilər. Padşah hər iki şəxsi öldürmək istəməyərək, üsyançılara onları vəzifədən azad edib şəhərdən uzaqlaşdıracağını bildirdi. Lakin üsyançılardan bəziləri bunu qəbul etməyərək “Beylerbeyi başı əlimizə gəlməsə, bu gün bu Divandan çıxmarıq, nəticəsi pis olar, yerinə padşah taparıq” deyərək padşahı taxtdan endirməklə hədələdilər. Üsyançıların işi daha da irəli aparacaqlarını görən padşah, “Sözüm keçmədi. İçoğlanları, bostancılar və baltacılar silahlarını alsınlar” deyə əmr verdi. Ancaq dövlət adamları qardaş qanının tökülməsindən başqa nəticə gətirməyəcəyini görüb padşahı bu qərarından daşındırdılar və Mahmud Paşa ilə Mehmed Paşanın üsyançılara təslim olunmasına razı saldılar.

Defterdar və Rumeli beylerbeyi üsyançılara təslim edilərək dərhal edam olunduqdan sonra Topkapı Sarayını mühasirəyə almış olan əsgərlər yavaş-yavaş sarayı tərk etdilər. Beləliklə, bir üsyan daha, bir neçə nəfərin qurban verilməsi ilə daha böyük fəlakətə çevrilmədən yatırıldı.

Məqalədə: #Osmanlı dövləti tarixi #Osmanlı ordusunda üsyanlar #Osmanlı gəmilərinin sayı #İpək yolu və Osmanlı

Mövzu üzrə digər xəbərlər

13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
Tarixdə bu gün

13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik

09:52
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 13 sentyabr

00:01
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

12 Sentyabr 00:10

Son Xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.