11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Britaniya və Fransa Almaniyaya müharibə elan etdi

Fransa isə iki həftə sonra Almaniyanın qərb sərhədinə hücuma başladı

3 Sentyabr 2025 13:02
Bu gün Britaniya və Fransa Almaniyaya müharibə elan etdi

BAKI,AzerVoice

1939-cu il sentyabrın 3-də Hitler Polşanı işğal etdikdən sonra, Polşanın müttəfiqləri olan Britaniya və Fransa Almaniyaya müharibə elan etdilər.

Bu bəyanatın ilk qurbanı almanlar deyil, britaniya okean layneri Athenia oldu. Onu Almaniyanın U-30 sualtı qayığı batırdı. Alman ekipajı gəminin silahlı və düşmən xarakterli olduğunu güman etmişdi. Gəmidə mindən çox sərnişin var idi, onların 112-si həlak oldu. Ölənlər arasında 28 amerikalı da var idi. Lakin ABŞ prezidenti Franklin Ruzvelt bu faciəyə baxmayaraq bildirdi ki, “Amerikanın ordularının Avropada vuruşacağı barədə qərar verməyib”. Beləliklə, ABŞ neytral mövqedə qaldı.

Britaniyanın ilkin reaksiyası isə yalnız Almaniya üzərinə 13 ton anti-nasist təbliğat vərəqəsi atmaqla məhdudlaşdı. (Təyyarədən təbliğat xarakterli vərəqələrin atılması) Sentyabrın 4-dən etibarən britaniyalılar alman gəmilərini bombalamağa başladılar, lakin ciddi itkilər verdilər. Onlara alman mülki əhaliyə zərər vurmamaq əmri verilmişdi. Alman ordusu isə, əlbəttə, belə məhdudiyyətlər tanımırdı.

Fransa isə iki həftə sonra Almaniyanın qərb sərhədinə hücuma başladı. Lakin hücum uğursuz oldu, çünki yalnız 90 millik dar bir cəbhə var idi. Bu dar dəhliz Lüksemburq və Belçika ilə sərhədlərlə məhdudlaşırdı və hər iki ölkə neytral idi. Almanlar həmin keçidi minalamışdılar və fransız hücumu dayandırıldı.

Məqalədə: #Adolf Hitler #Hitler və SSRİ müharibəsi #Hitlerin ölüm dəstəsi #müharibə elanı #Athenia #U-30 sualtı qayığı #Franklin Ruzvelt

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.