6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün İsrail Misirə hücum etdi

Bu gün 29 oktyabrda İsrail Silahlı Qüvvələri Misirə hücum edərək Süveyş Kanalı istiqamətində irəlilədi və bununla da Süveyş böhranını başlatdı. Qısa müddət sonra İsrailə Fransa və Böyük Britaniya qüvvələri də qoşuldu və bu hadisə soyuq müharibə dövründə Yaxın Şərqdə ciddi beynəlxalq gərginliyə səbəb oldu.

29 Oktyabr 2025 00:30
Bu gün İsrail Misirə hücum etdi

BAKI,AzerVoice

Bu gün 29 oktyabrda İsrail Silahlı Qüvvələri Misirə hücum edərək Süveyş Kanalı istiqamətində irəlilədi və bununla da Süveyş böhranını başlatdı. Qısa müddət sonra İsrailə Fransa və Böyük Britaniya qüvvələri də qoşuldu və bu hadisə soyuq müharibə dövründə Yaxın Şərqdə ciddi beynəlxalq gərginliyə səbəb oldu.

Birgə İsrail–Britaniya–Fransa hücumunun əsas səbəbi, Misir lideri general Camal Abdul Nasirin 1956-cı ilin iyulunda Süveyş Kanalını milliləşdirməsi idi. Bu vəziyyət artıq bir müddət idi ki, yetişirdi. İnsidentdən iki il əvvəl Misir ordusu, 1936-cı il Anglo-Misir müqaviləsi əsasında kanal zonasında mövcud olan Britaniya hərbi qüvvələrinin çıxarılması üçün təzyiqlərə başlamışdı. Bundan əlavə, Nasirin silahlı qüvvələri İsraillə sərhəd boyunca vaxtaşırı toqquşmalara girmiş və Misir lideri sionist dövlətinə qarşı açıq düşmən münasibətini gizlətməmişdi.

Sovet silahları və maliyyə dəstəyi ilə güclənən Nasir, eyni zamanda ABŞ-ın Nil çayı üzərində Asuan bəndinin tikintisinə maliyyə ayırmaq vədindən imtina etməsinə qəzəblənmişdi. O, cavab olaraq Süveyş Kanalının milliləşdirilməsi əmrini verdi. Britaniya bu addımdan qəzəblənərək, Fransanın (Nasirin Əlcəzairdəki üsyançıları dəstəklədiyinə inandığı üçün) və İsrailin dəstəyi ilə kanalı geri almaq üçün hərbi əməliyyat planlaşdırdı.

İsrail hücuma birinci başladı, lakin Britaniya və Fransa qüvvələrinin dərhal müdaxilə etməməsi onları təəccübləndirdi. Planlaşdırılan “ildırım müharibəsi” uğursuz alındı və əməliyyat durğunluz vəziyyətinə düşdü. BMT dərhal atəşkəs barədə qətnamə qəbul etdi.

Bu vaxt Sovet İttifaqı Misirə yardım etmək niyyətində olduğu barədə açıq təhdidlər səsləndirdi. Qısa zamanda təhlükəli vəziyyət yarandı və ABŞ administrasiyası (Prezident Eyzenhauerin rəhbərliyi ilə) bu böhranı Sovet–ABŞ qarşıdurmasına çevrilmədən aradan qaldırmağa çalışdı. ABŞ həm Sovet İttifaqına müdaxilə etməmək barədə xəbərdarlıq etdi, həm də Britaniya, Fransa və İsrail hökumətlərinə qoşunlarını geri çəkmək üçün təzyiq göstərdi.

Nəticədə, bu ölkələrin hərbi qüvvələri 1956-cı ilin sonu və 1957-ci ilin əvvəllərində Misirdən tamamilə geri çəkildilər, Süveyş böhranı isə soyuq müharibə dövrünün ən mühüm diplomatik dönəmlərindən biri kimi tarixə düşdü.

Məqalədə: #Fransa #Böyük Britaniya #Süveyş Kanlı #Süveyş kanalı #İsrail cinayətləri #Nil çayı #Misir ordusu #Camal Əbdül Nasir #İsrail–Britaniya–Fransa #Anglo-Misir müqaviləsi #Asuan bəndi

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.