4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Səddam Hüseyn 9 aylıq axtarışdan sonra ələ keçirildi

İraqın keçmiş prezidenti Səddam Hüseyn 2003-cü il dekabrın 13-də, doqquz ay davam edən axtarışdan sonra ABŞ hərbçiləri tərəfindən ələ keçirildi. Onun hakimiyyətinin süqutu 2003-cü il martın 20-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsi ilə başlamışdı. Bu müdaxilə ölkəni 20 ildən artıq idarə etmiş prezdentin devrilməsi ilə nəticələndi.

13 Dekabr 2025 09:00
Bu gün Səddam Hüseyn 9 aylıq axtarışdan sonra ələ keçirildi


Bakı, AzerVoice

İraqın keçmiş prezidenti Səddam Hüseyn 2003-cü il dekabrın 13-də, doqquz ay davam edən axtarışdan sonra ABŞ hərbçiləri tərəfindən ələ keçirildi. Onun hakimiyyətinin süqutu 2003-cü il martın 20-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsi ilə başlamışdı. Bu müdaxilə ölkəni 20 ildən artıq idarə etmiş prezdentin devrilməsi ilə nəticələndi.

1937-ci ildə Bağdaddan təxminən 160 kilometr aralıda yerləşən Tikrit şəhərində yoxsul ailədə anadan olan Səddam Hüseyn gənc yaşlarında Bağdada köçərək BAAS Partiyasına qoşuldu. O, bir neçə çevriliş cəhdində iştirak etdikdən sonra 1968-ci ilin iyulunda əmisi oğlu Əhməd Həsən əl-Bəkrin hakimiyyətə gətirilməsində mühüm rol oynadı. On bir il sonra isə hakimiyyəti birbaşa özü ələ aldı.

24 illik hakimiyyəti dövründə Səddam Hüseyn təhlükəsizlik aparatına xüsusi səlahiyyətlər verərək siyasi rəqiblərə və cəmiyyətə qarşı sərt repressiyalar həyata keçirdi. Əhali yoxsulluq içində yaşadığı halda, Səddam ölkə boyu 20-dən çox dəbdəbəli saray inşa etdirmişdi. Təhlükəsizlik obsesiyası səbəbindən o, tez-tez yaşayış yerlərini dəyişirdi.

1980-ci illərin əvvəlində İranla səkkiz il davam edən müharibəyə başlayan Səddam bu qarşıdurmada hər iki tərəfdən bir milyondan çox insanın həyatını itirməsinə səbəb oldu. Həmin müharibə zamanı İran əsgərlərinə qarşı kimyəvi silahların, eləcə də 1988-ci ildə İraqın şimalında kürd əhaliyə qarşı zəhərli qazların istifadə edildiyi iddia olunur.

1990-cı ildə Küveyti işğal etdikdən sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya 1991-ci ildə İraqa hərbi əməliyyat həyata keçirdi. Səddam ordusu Küveytdən çıxarılsa da, o hakimiyyətdə qaldı. 1990-cı illər ərzində İraq BMT sanksiyaları və hava zərbələri ilə üzləşdi. ABŞ bu tədbirləri kütləvi qırğın silahlarının istehsalının qarşısını almaq məqsədi ilə əsaslandırırdı.

2003-cü ilin martında ABŞ bu dəfə açıq şəkildə Səddam Hüseyni devirmək məqsədi ilə yenidən İraqa müdaxilə etdi.

İşğaldan qısa müddət sonra Səddam gizləndi və yalnız səs yazıları vasitəsilə xalqa müraciət etdi. Onun hökuməti isə tezliklə dağıldı.

ABŞ tərəfindən “ən çox axtarılan 55 nəfər” siyahısına daxil edilən Səddam Hüseynin axtarışı intensivləşdirildi. 2003-cü il iyulun 22-də onun oğulları Udey və Qusay ABŞ qüvvələrinin Mosuldakı əməliyyatı zamanı öldürüldü.

Beş ay sonra, 2003-cü il dekabrın 13-də ABŞ əsgərləri Səddam Hüseyni Tikrit yaxınlığında, torpaqda qazılmış 2 metr dərinliyində gizli sığınacaqda tapdı. Bir zamanlar gigiyenaya həddindən artıq diqqət göstərən keçmiş lider dağınıq saqqallı və baxımsız vəziyyətdə idi. O, müqavimət göstərmədi və saxlanılarkən xəsarət almadı. Əməliyyatda iştirak edən əsgərlərdən biri onu “taleyi ilə barışmış bir insan” kimi təsvir edib.

Məhkəmə prosesindən sonra Səddam Hüseyn 2006-cı il dekabrın 30-da edam edildi. Qeyd olunur ki, İraqda kütləvi qırğın silahlarının mövcudluğuna dair iddialar sonradan təsdiqlənmədi.

Məqalədə: #Rəqad Səddam #Səddam Hüseyn #Səddam Hüseyn sonrası İraq #İraq Səddam Hüseynin devrilməsi #Səddam Həftər

Mövzu üzrə digər xəbərlər

İraqın Küveyti işğalından 36 il ötür
Tarixdə bu gün

İraqın Küveyti işğalından 36 il ötür

2 Avqust 02:00
Bala Buşun doğumundan Ağ Evə uzanan siyasi yolu - Bu gün onun ad günüdü
Tarixdə bu gün

Bala Buşun doğumundan Ağ Evə uzanan siyasi yolu - Bu gün onun ad günüdü

6 İyul 03:00
Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru
VOA təhlil mərkəzi

Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

7 İyun 19:00
Bu gün onun doğum günüdür -  Səddam Hüseyn kimdir?
Ərəb prezidentlər

Bu gün onun doğum günüdür - Səddam Hüseyn kimdir?

28 Aprel 14:17

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.