Səddam Hüseyn kimdir?
Səddam Hüseyn 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhəri yaxınlığındakı Əl-Auca kəndində anadan olub.
Bu gün Səddam Hüseyn 9 aylıq axtarışdan sonra ələ keçirildi
İraqın keçmiş prezidenti Səddam Hüseyn 2003-cü il dekabrın 13-də, doqquz ay davam edən axtarışdan sonra ABŞ hərbçiləri tərəfindən ələ keçirildi. Onun hakimiyyətinin süqutu 2003-cü il martın 20-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsi ilə başlamışdı. Bu müdaxilə ölkəni 20 ildən artıq idarə etmiş prezdentin devrilməsi ilə nəticələndi.
Səddam Hüseynin xatirələri nəşr olunacaq
İraqın mərhum prezidenti Səddam Hüseynin qızı Rəqad atasının Amerika qüvvələri tərəfindən saxlanıldığı zaman yazdığı bəzi xatirələrini dərc etməyə başladığını açıqlayıb. AzerVoice xəbər verir ki, Səddamın ölümündən təxminən 18 il sonra (o, 2006-cı ilin dekabrında edam edildi) bu xəbər sosial mediada geniş marağa səbəb olub.