4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

"Cənab X" imzası ilə dərc olunan məqalə ABŞ-ın Soyuq müharibə strategiyasının əsasını qoydu

Corc Kennanın qələmə aldığı "Sovet davranışının mənbələri" adlı məqalə beynəlxalq münasibətlər tarixində dönüş nöqtələrindən biri hesab olunur

1 İyul 2026 03:00
"Cənab X" imzası ilə dərc olunan məqalə ABŞ-ın Soyuq müharibə strategiyasının əsasını qoydu

BAKI,VOA

Vaşinqtonda ABŞ Dövlət Departamentinin rəsmisi Corc Kennanın "Cənab X" təxəllüsü ilə qələmə aldığı "Sovet davranışının mənbələri" adlı məqalə beynəlxalq münasibətlər tarixində dönüş nöqtələrindən biri hesab olunur. Nüfuzlu "Xarici Əlaqələr" jurnalının iyul sayında dərc edilən məqalə Sovet İttifaqına qarşı "məhdudlaşdırma" siyasətini əsaslandıraraq ABŞ-ın Soyuq müharibənin ilk illərində formalaşdırdığı xarici siyasətin ideoloji bünövrəsini yaradıb.

Hadisələrin başlanğıcı 1946-cı ilin fevral ayına təsadüf edir. Həmin dövrdə ABŞ-ın Moskvadakı diplomatik missiyasına rəhbərlik edən Corc Kennan Dövlət Departamentinə tarixə "uzun teleqram" adı ilə düşən geniş məruzəsini göndərmişdi. O, sənəddə Sovet İttifaqının kommunist rəhbərliyini sərt şəkildə tənqid edir, eyni zamanda ABŞ-ı Sovet İttifaqının təsir dairəsini genişləndirmək cəhdlərinə qətiyyətlə müqavimət göstərməyə çağırırdı.

Dostlarının və həmkarlarının təşviqi ilə Kennan həmin teleqramı daha da təkmilləşdirərək "Sovet davranışının mənbələri" adlı məqaləyə çevirdi və onun "Xarici Əlaqələr" jurnalında dərc olunmasına nail oldu. O, yazını "Cənab X" imzası ilə təqdim etdi. Məqsəd məqalənin ABŞ hökumətinin rəsmi mövqeyi kimi qiymətləndirilməsinin qarşısını almaq idi. Buna baxmayaraq, Dövlət Departamentində və Ağ evdə demək olar ki, hər kəs məqalənin müəllifinin Corc Kennan olduğunu bilirdi.

Məqalədə Kennan bildirirdi ki, Sovet İttifaqının rəhbərləri kommunizm ideologiyasını bütün dünyaya yaymaq niyyətindədirlər. Onun fikrincə, Kreml bu məqsədə çatmaq üçün son dərəcə səbirli və praqmatik siyasət yürüdür, məqsədlərindən geri çəkilmədən münasib şəraiti gözləməyi bacarır.

Kennan yazırdı ki, sovet rəhbərliyi üstün qüvvə ilə qarşılaşdığı zaman geri çəkilməyə və daha əlverişli məqamı gözləməyə üstünlük verir. Bununla yanaşı, o xəbərdarlıq edirdi ki, Qərb dövlətləri Sovet İttifaqının müvəqqəti uğursuzluqlarına aldanaraq arxayınlaşmamalıdırlar. Kennanın fikrincə, Sovet İttifaqının xarici siyasəti "imkan verilən hər istiqamətdə daim müəyyən məqsədə doğru irəliləyən axıcı bir prosesdir".

Bu yanaşmadan çıxış edən müəllif ABŞ üçün əsas xarici siyasət istiqamətini də müəyyənləşdirirdi. Onun qənaətinə görə, ABŞ-ın Sovet İttifaqına münasibətdə siyasətinin əsas elementi Rusiyanın genişlənmə meyillərinin uzunmüddətli, səbirli, lakin qətiyyətli və ayıq-sayıq şəkildə məhdudlaşdırılması olmalıdır.

Məqalənin dərc olunması ABŞ-da böyük rezonans doğurdu. "Məhdudlaşdırma" anlayışı qısa müddətdə Soyuq müharibənin əsas siyasi terminlərindən birinə çevrildi. Prezident Harri Trumen administrasiyası Kennanın irəli sürdüyü yanaşmanı qəbul etdi və sonrakı illərdə Sovet İttifaqının təsir dairəsinin genişlənməsinin qarşısını almaq məqsədilə müxtəlif proqramlar həyata keçirməyə başladı. Bu siyasətin mühüm addımlarından biri 1949-cu ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı yəni NATO-nun yaradılması oldu.

Məqalənin uğurundan sonra Corc Kennanın Dövlət Departamentində nüfuzu daha da artdı. O, 1952-ci ildə ABŞ-ın Sovet İttifaqındakı səfiri vəzifəsinə təyin edildi.

Lakin zaman keçdikcə Kennanın baxışlarında dəyişiklik baş verdi. 1960-cı illərdə ABŞ Vyetnam müharibəsində ağır vəziyyətlə üzləşdikdən sonra o, "Cənab X" məqaləsində irəli sürdüyü bəzi əsas müddəaları yenidən nəzərdən keçirməyə başladı və ABŞ-ın Vyetnam müharibəsində iştirakını açıq şəkildə tənqid edən şəxslərdən birinə çevrildi.

Kennan xüsusilə 1950-ci və 1960-cı illərdə ABŞ siyasətçilərinin Sovet İttifaqının məhdudlaşdırılması siyasətində hərbi vasitələrə həddindən artıq üstünlük verməsini yanlış hesab edirdi. Onun fikrincə, bu siyasətdə əsas diqqət hərbi gücə deyil, siyasi və iqtisadi proqramlara yönəldilməli idi.

Məqalədə: #ABŞ Dövlət Departamenti #Soyuq Müharibə #Corc Kennan #Corc Kennanın Cənab X təxəllüsü #Sovet davranışının mənbələri adlı məqalə #Sovet davranışının mənbələri adlı məqaləABŞ SSRİ rəqabəti #Sovet davranışının mənbələri adlı məqaləABŞ SSRİ rəqabətisoyuq müharibə #ABŞ SSRİ rəqabəti

Mövzu üzrə digər xəbərlər

CIA - ABŞ-ın görünməyən gücü – dünyanı pərdə arxasından izləyən kəşfiyyat şəbəkəsi
Hərb tarixi: Döyüş xronikası

CIA - ABŞ-ın görünməyən gücü – dünyanı pərdə arxasından izləyən kəşfiyyat şəbəkəsi

28 Avqust 06:00
Nikson və Kissincerin günahı - Amerika taxtını təhdid edən nəhəng qüvvəni necə azad etdi?
VOA analitika: Geosiyasi təhlillər

Nikson və Kissincerin günahı - Amerika taxtını təhdid edən nəhəng qüvvəni necə azad etdi?

26 Avqust 06:00
Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?
Hərb tarixi: Döyüş xronikası

Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

25 Avqust 09:00
ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı
Digər Dövlətlər

ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı

23 Avqust 11:33

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.