6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Köhnə süni intellekt modellərində demans əlamətləri ortaya çıxıb

Süni intellekt texnologiyalarının zəif performans göstərməsi barədə son araşdırma maraqlı nəticələr ortaya qoyub.

19 Dekabr 2024 17:00
Köhnə süni intellekt modellərində demans əlamətləri ortaya çıxıb

Bakı, AzerVoice

Süni intellekt texnologiyalarının zəif performans göstərməsi barədə son araşdırma maraqlı nəticələr ortaya qoyub.

Belə ki, süni intellekt modellərinin performansı ilə bağlı aparılan bir araşdırma, onların insanlarda idrak pozğunluqlarını qiymətləndirmək üçün istifadə edilən Monreal Koqnitiv Qiymətləndirmə Testində (MoCA) aşağı ballarla zəif nəticələr göstərdiyini müəyyən edib.

The BMJ jurnalında yayımlanan araşdırmada ChatGPT 4, Claude 3.5 və Gemini kimi populyar süni intellekt modelləri test edilib. MoCA testi diqqət, yaddaş, dil, vizual-məkan bacarıqları və icra funksiyaları kimi idrak qabiliyyətləri ölçür. Adətən, erkən demans əlamətlərini aşkar etmək üçün istifadə olunur.

Testdə süni intellekt modellərinə insanlar üçün tətbiq edilən eyni tapşırıqlar verilib. Nəticələr aşağıdakı kimi olub:

ChatGPT 4o: 26/30
ChatGPT 4 və Claude 3.5: 25/30
Gemini 1.0: 16/30

Testin maksimal balı 30-dur və 26 və daha yüksək ballar normal hesab edilir.

Bütün modellər vizual-məkan bacarıqlarında və icra funksiyalarında aşağı nəticə göstərib.

Gemini modelləri, eyni zamanda, yaddaşla bağlı tapşırıqlarda (məsələn, gecikmiş xatırlama) uğursuz olub.

Süni intellekt adlandırma, diqqət, dil və abstraksiya kimi idraki sahələrdə daha yaxşı performans göstərib.

Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr süni intellektin tibbi diaqnostik proseslərdə istifadə olunması fikrini sual altına alır. Xüsusilə vizual-məkan bacarıqları və icra funksiyalarındakı məhdudiyyətlər süni intellektin insan həkimləri əvəz etməsi üçün qarşısında ciddi maneələrin olduğunu göstərir.

Son illərdə süni intellektin diaqnostik proseslərdə uğurları müşahidə olunsa da, bu araşdırma onun da insanlara bənzər zəifliklər göstərə biləcəyini də sübut edir.

Məqalədə: #Süni intellekt #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

5 Sentyabr 19:32
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.