8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Motivasiya psixoloqundan uzunmüddətli vərdişlər yaratmaq üçün 7 təklif

Hər ilin əvvəlində milyonlarla insan öz həyatında yeni bir səhifə açır və məqsədlərinə çatmaq üçün qərarlar qəbul edir, lakin, bu qərarları sabitliklə davam etdirmək çox vaxt çətin olur.

8 Yanvar 2025 17:30
Motivasiya psixoloqundan uzunmüddətli vərdişlər yaratmaq üçün 7 təklif

Bakı, AzerVoice

Hər ilin əvvəlində milyonlarla insan öz həyatında yeni bir səhifə açır və məqsədlərinə çatmaq üçün qərarlar qəbul edir, lakin, bu qərarları sabitliklə davam etdirmək çox vaxt çətin olur.

Motivasiya psixoloqu Dr. Ian Taylor uzunmüddətli vərdişləri formalaşdırmaq üçün 7 effektiv üsul təklif edir.

1. Bu günün işini sabaha qoyma

Yeni bir işə başlayanda onu mümkün qədər tez həyata keçirməyə çalışın.
Günün əvvəlində enerjiniz daha çoxdur və diqqətinizi də daha yaxşı cəmləyə bilərsiniz.
Əgər səhər adamı deyilsinizsə belə, kiçik dəyişikliklərlə bu vərdişi qura bilərsiniz. Gün keçdikcə motivasiyanız azaldığı üçün önəmli işlərinizi səhərlər edin.

2. Mükafat gözləmək əvəzinə , prosesi qiymətləndir

Uğurların nəticəsi adətən gözlə görünən mükafatlarla gec gəlir. Bu isə motivasiyanı azaltmağa səbəb olur.
Məsələn, arıqlamaq istəyirsinizsə, gələcəkdə əldə edəcəyiniz görüntüyə fokuslanmaq əvəzinə, hazırda sağlamlığınız üçün atdığınız addımları dəyərləndirin.
Bu yanaşma yalnız pəhriz üçün deyil, digər vərdişlər üçün də keçərlidir.

3. Düşündüyündən daha kiçik addımlarla başla

Həvəslə yeni vərdişlərə başlamaq, sonradan böyük yüklənmələrə səbəb ola bilər. Bunun qarşısını almaq üçün daha kiçik və realist hədəflərlə başlayın.
Məsələn, hər gün 10 səhifə kitab oxumaq çətin görünürsə, əvvəlcə gündə 2 səhifə ilə başlayın.
Kiçik addımlarla irəliləmək uzun müddətli sabitlik təmin edəcək.

4. Sabitlik və rutin yarat

Yeni vərdişlərin qurulmasında sabitlik əsasdır.
Yeni davranışlarınızı mövcud vərdişlərə bağlayın.
Məsələn, hər səhər qəhvənizi içərkən dil öyrənmə proqramını açın və ya məşq edin.
Rutinlər yaratmaq vərdişlərin avtomatik hala gəlməsini asanlaşdırır.

5. Başqaları ilə yox, yalnız özünlə rəqabət et

Başqaları ilə müqayisə aparmaq motivasiyanızı azalda bilər, çünki nəticələr hər zaman sizin nəzarətinizdə olmur.
Əvəzində öz keçmişinizlə rəqabət edin.
Öz şəxsi inkişafınızı izləyin və hər gün əvvəlki özünüzdən daha yaxşı olmağa çalışın.

6. Əyləncəni unutma

Motivasiyanın yalnız məntiqə əsaslanması uzunmüddətli vərdişlərin davamlı olmasını təmin etmir.
Gördüyünüz işdən zövq almaq və prosesi əyləncəli etmək vacibdir.
Məsələn, idman edərkən sevdiyiniz musiqiləri dinləyin və ya öyrənmə prosesini maraqlı oyunlara çevirin.

7. Görmək istədiyin dəyişikliyin özü ol

Uzunmüddətli dəyişiklik üçün kim olmaq istədiyinizi müəyyən edin.
Hədəflərinizi yalnız konkret nəticələr üzərində yox, kim olmaq istədiyiniz şəxsiyyətə görə formalaşdırın.
Məsələn, özünüzü çalışqan bir insan kimi görmək istəyirsinizsə, tənbəlliyi tərk etməli və kiçik də olsa hər gün nəticəyönümlü addımlar atmalısınız.
Bu yanaşma ilə siz təkcə yeni vərdişlər qazanmırsınız, həm də daha güclü şəxsiyyət formalaşdırırsınız.

Son Məsləhət - Kiçik addımlarla, böyük dəyişikliklərə doğru ilərlə.

Dr. Ian Taylor qeyd edir ki, uzunmüddətli vərdişlərin yaradılması kiçik addımlarla başlayır və davamlı olaraq təkrarlanan vərdişlər sizi istədiyiniz şəxsə çevirir.
Qısa müddətli işin faydaları görməyə çalışın, rutinlər yaradın və özünüzü kiçik uğurlar üçün mükafatlandırın.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.