8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Ən məşhur altı pəhrizin iqlimə təsiri nədir?

2 Mart 2025 12:00
Ən məşhur altı pəhrizin iqlimə təsiri nədir?

Bakı,AzerVoice

Yeni bir araşdırma, bəzi pəhrizlərin ətraf mühitə veganlıqdan təxminən dörd dəfə daha zərərli olduğunu ortaya çıxarıb.

Keçən il aparılan və növü baxımından ilk olan bir tədqiqat, ən çox yayılmış altı pəhrizin karbon izi təsirlərini müqayisə edib.

Qida sisteminin istixana qazı emissiyalarının təxminən üçdə birini təşkil etdiyi və mal ətinin istehsalının bu sahədə ən böyük günahkarlardan biri olduğu – toyuq istehsalından təxminən 10 dəfə çox emissiya yaratdığı – artıq geniş şəkildə məlumdur.

Lakin fərdi qida məhsullarının ətraf mühitə təsiri mübahisəli olsa da, müxtəlif qidaları əhatə edən pəhrizlərin ümumi ekoloji təsiri ilə bağlı geniş tədqiqatlar az olub.

Tulane Universitetindən professor Diego Rose-un rəhbərlik etdiyi araşdırma, pəhrizlərin ətraf mühitə təsiri ilə yanaşı qidalanma keyfiyyətini də qiymətləndirib.

"İqlim dəyişikliyi mübahisəsiz dövrümüzün ən təcili problemlərindən biridir və bir çox insan bitki əsaslı pəhrizə keçməklə maraqlanır. Bu keçid karbon izini azaldacaq və ümumilikdə daha sağlam olacaq",- deyə Tulane Universitetinin Xalq Sağlamlığı və Tropik Tibb Fakültəsində Qidalanma Proqramının direktoru olan professor Rose bildirib.

Bununla belə, araşdırma eyni zamanda tamamilə ət istehlakını dayandırmadan da sağlamlığı və karbon izini yaxşılaşdırmağın mümkün olduğunu göstərib. Bir çox insan həyatının müxtəlif dövrlərində qidalanma vərdişlərini dəyişdirə və ya sağlamlıq səbəbilə veganlıqdan uzaqlaşa bildiyindən, pəhrizlərin iqlimə təsirini başa düşmək faydalı ola bilər.

Araşdırma, qida istehlakı ilə karbon izi arasındakı əlaqəni təhlil edərkən, vegan pəhrizin ən az ekoloji təsirə sahib olduğunu göstərib. Heyvansal məhsulları tamamilə istisna edən vegan qidalanma, istehlak edilən hər 1000 kalori üçün cəmi 0,7 kilo karbon qazı buraxır. Ən davamlı olmayan pəhriz olaraq keto pəhrizi isə eyni kalori miqdarında təxminən 3 kilo karbon emissiyası yaradır – bu da veganlıqdan dörd dəfə çoxdur.

Paleo pəhrizi də yüksək karbon izi və aşağı qidalanma keyfiyyəti ilə keto pəhrizindən dərhal sonra gəlir. Bu məlumatlar ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) Milli Sağlamlıq və Qidalanma Araşdırmasında iştirak edən 16.000-dən çox yetkinin qidalanma vərdişləri əsasında qiymətləndirilib.

Araşdırmaya görə, veganlıqdan sonra ən davamlı pəhrizlər vegeterian və peskatarian pəhrizlər olub. Ət və bitki əsaslı qidaların qarışığını əhatə edən omnivor (hərtərəfli) pəhriz isə həm keyfiyyət, həm də davamlılıq baxımından orta mövqedə qərarlaşıb.

Tədqiqat göstərib ki, omnivor bəslənən insanların yalnız üçdə biri vegeterian pəhrizə keçsə, gündəlik 340 milyon avtomobil kilometrinə bərabər emissiyanın qarşısı alına bilər.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.