11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Döymələr xərçəng riskini artırır?

6 Mart 2025 17:30
Döymələr xərçəng riskini artırır?

BAKI, AzerVoice

Danimarkada aparılan yeni bir araşdırma döyməsi olan şəxslərin dəri xərçəngi və limfoma inkişaf riskinin daha yüksək ola biləcəyini ortaya qoyub.

AzerVoice xəbər verir ki, Cənubi Danimarka Universitetində biostatistik Signe Bedsted Clemmensen və komandası əkizlər üzərində apardıqları iki fərqli tədqiqat metoduyla tatuirovka və xərçəng arasındakı mümkün əlaqəni araşdırıblar.

2367 əkiz üzərində aparılan kohort tədqiqatı göstərib ki, döyməsi olan şəxslərdə dəri xərçənginə tutulma riski dörd dəfə daha yüksəkdir.

Başqa bir araşdırmada 316 əkiz cütü müqayisə edilib və döymələri olan fərdlərin xərçəng riskinin 33-62% daha yüksək olduğu müəyyən edilib.

Tədqiqatçılar bildirirlər ki, döymə mürəkkəbində olan bəzi kimyəvi maddələr bədəndə toplana və immun sisteminə təsir edə bilər.

“Limfa düyünlərində döymə mürəkkəbi hissəciklərinin yığıldığı müşahidə edilib. Bu, immun sisteminin yad maddələrə davamlı reaksiya verməsinə səbəb ola bilər”, – deyə tədqiqatçılar qeyd edirlər.

Bununla belə, xüsusi mürəkkəb rəngləri ilə xərçəng riski arasında dəqiq bir əlaqə müəyyən edilməyib. Lakin qırmızı mürəkkəbin allergik reaksiyalara daha çox səbəb olduğu vurğulanıb.

Mütəxəssislər döymə etdirməyi düşünən şəxslərə mürəkkəb növünü diqqətlə seçməyi və mövcud sağlamlıq vəziyyətlərini nəzərə almağı tövsiyə edirlər.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
10 Sentyabr 21:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.