8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Bədənimiz ölüm anında zəif işıq saçır

17 May 2025 16:50
Bədənimiz ölüm anında zəif işıq saçır

BAKI, AzerVoice

Elm ölümü “işıqla” qeydə alıb - Vücudumuz ölüm anında solğun bir parıltı yayır.

AzerVoice xəbər verir ki, Kanadada aparılan elmi araşdırma canlı orqanizmlərin ölüm anında “biyofoton” adlandırılan zəif bir işıq saçdığını ortaya qoyub.

Calgary Universiteti və Kanada Milli Tədqiqat Şurasının alimləri tərəfindən aparılan tədqiqatda siçanlar və bəzi bitki növləri üzərində müşahidələr aparılıb.

Fizikçi Vahid Salari və komandası canlı orqanizmlərin “ultra zəif foton emissiyası” (UPE) adlı işıq yaydığını və bu işığın həyat sona çatdıqda tamamilə yox olduğunu müəyyən edib. Tədqiqatçılar bu işığın istilik deyil, hüceyrə stresinin nəticəsi olduğunu və bədənin reaktiv oksigen növlərinin artması ilə əlaqəli ola biləcəyini bildirirlər.

Siçanlar üzərində aparılan təcrübədə heyvanlar əvvəlcə qaranlıq kamerada izlənilib, sonra ötanazi edilərək eyni şəraitdə təkrar görüntüləniblər. Ölümdən sonra yayılan işığın kəskin şəkildə azaldığı təsbit olunub. Eyni metod Arabidopsis thaliana və Heptapleurum arboricola kimi bitkilərə də tətbiq olunub. Stres altında olan bitkilərin də parıltısında artım qeydə alınıb.

Araşdırmanın nəticələri The Journal of Physical Chemistry Letters jurnalında dərc olunub. Alimlər bildirirlər ki, bu zəif işıq gələcəkdə insan və heyvan orqanizmlərində stress və sağlamlıq səviyyəsinin qeyri-invaziv üsullarla monitorinqində istifadə oluna bilər.

Qeyd edək ki, “biyofoton” fenomeni daha əvvəl bəzi çevrələrdə fövqəltəbii iddialarla əlaqələndirilmişdi. Lakin bu araşdırma ilk dəfə mövzunu elmi əsaslarla gündəmə gətirərək yeni perspektivlər açır.

Məqalədə: #ölüm #elmi tədqiqat #Bunu bilirsinizmi? #Biyofoton #Ölüm anı elmi izah #Hüceyrə səviyyəsində ölüm reaksiyası #biyofoton tədqiqatı

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.