11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Vitaminlər: Həqiqətlər, miflər və təhlükələr

Onlar yalnız fiziki deyil, həm də emosional vəziyyətə təsir göstərir.

13 İyul 2025 18:03
Vitaminlər: Həqiqətlər, miflər və təhlükələr

BAKI, AzerVoice

Vitaminlər insan sağlamlığının qorunmasında və həyat keyfiyyətinin yüksəldilməsində əvəzsiz rol oynayır. Onlar yalnız fiziki deyil, həm də emosional vəziyyətə təsir göstərir. Maraqlıdır ki, bu kiçik molekullar bəzən bütün bir orqanizmin taleyini dəyişə bilir.

Vitaminlərə dair ən maraqlı faktlardan bəzilərini təqdim edirik:

Vitaminlərin öyrənilməsi ilə məşğul olan sahə vitaminologiya adlanır. Bu elm biokimya, qida gigiyenası, farmakologiya və digər tibbi sahələrin qovşağında formalaşıb və vitaminlərin quruluşu, orqanizmdəki rolu, eləcə də müalicəvi və profilaktik istifadəsini araşdırır.

Vitaminin orqanizmdə artıq olması hipervitaminoz, azlığı hipovitaminoz, tamamilə yoxluğu isə avitaminoz adlanır.

Məlum olub ki, kişilərdə D vitamini səviyyəsi testosteronla əlaqəlidir – insan nə qədər çox günəş işığı qəbul edirsə, onun testosteron səviyyəsi bir o qədər yüksək olur.

Vitaminlər həll olma qabiliyyətinə görə iki qrupa bölünür:
Yağda həll olunanlar – A, D, E və K;
Suda həll olunanlar – C və B qrup vitaminləri.

Gözlənilməz faktlardan biri budur ki, E vitamini birbaşa dəriyə təmas etdikdə hər üç insandan birində dermatitə səbəb ola bilər.

Günəş altında saxlanılan bananlar, tərkibindəki D vitamininin miqdarını artıra bilər.

Ən son kəşf olunan vitamin B₁₂ olmuşdur – o, 1948-ci ildə müəyyənləşdirilib.

Yod çatışmazlığı qalxanabənzər vəz problemləri ilə yanaşı, uşaqlarda inkişaf geriliyinə də səbəb ola bilər. Məhz bu səbəbdən yodlaşdırılmış duz istehsalına başlanılıb və onun geniş istifadəsi dünya üzrə orta İQ səviyyəsinin artmasına təsir göstərib.

Fol turşusu kimi tanınan B₉ vitamini hamilə qadınlar üçün xüsusilə vacibdir – çatışmazlıq zamanı dölün inkişafında ciddi qüsurlar meydana çıxa bilər.

Əfsanəvi faktlardan biri də budur ki, qütb ayısının qaraciyəri A vitamini ilə o qədər zəngindir ki, onu yemək insan üçün ölümcül ola bilər. Bu səbəbdən eskimoslar itlərin onu yeməməsi üçün qaraciyəri basdırırlar.

Bəzi elmi tədqiqatlar C vitamininin soyuqdəymənin qarşısını almaqda düşündüyümüz qədər təsirli olmadığını göstərib.

Kalium ilə zəngin olan bananlardan zəhərlənmək üçün bir insanın cəmi 30 saniyədə 400 ədəd banan yeməsi gərəkdir – yəni praktiki olaraq mümkünsüzdür.

Məlum olub ki, çili bibəri bir porsiyada portağaldan 400 dəfə artıq C vitamini ehtiva edir.

Ənənəvi olaraq kalsiumla zəngin hesab olunan südü belə geridə qoyan fakt – ağcaqayın şərbətinin bir porsiyasında, eyni miqdarda süddən daha çox kalsium olur.

A vitamini çatışmazlığı görmənin zəifləməsi, epitel toxumaların zədələnməsi və buynuz qişanın quruması ilə müşahidə olunur.

C vitamininin çatışmazlığı isə sinqa xəstəliyinə səbəb olur – bu zaman qan damarları kövrəkləşir, diş ətləri qanayır və nəticədə dişlər tökülə bilər.

Məqalədə: #Maraqlı faktlar #Bunu bilirsinizmi? #vitaminlər haqqında faktlar #vitaminlərin təsiri #D vitamini və testosteron #E vitamini dermatit #C vitamini və immunitet #A vitamini çatışmazlığı #fol turşusu hamiləlikdə #yod çatışmazlığı və duz #banan və kalium miqdarı #vitamin B12 kəşfi #vitaminlərin növləri #sinqa xəstəliyi səbəbləri

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.