15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Təlim keçmiş itlər Parkinson xəstəliyini 98 faiz dəqiqliklə aşkarlayır

İngiltərədə aparılan yeni bir tədqiqatda, xüsusi təlim keçmiş itlərin Parkinson xəstəliyini qoxu vasitəsilə 98%-ə qədər dəqiqliklə ayırd edə bildiyi ortaya çıxıb. Üstəlik, bu diaqnoz xəstəliyin simptomları ortaya çıxmadan illər əvvəl də qoyula bilir.

2 Avqust 2025 17:02
Təlim keçmiş itlər Parkinson xəstəliyini 98 faiz dəqiqliklə aşkarlayır

BAKI, AzerVoice

İngiltərədə aparılan yeni bir tədqiqatda, xüsusi təlim keçmiş itlərin Parkinson xəstəliyini qoxu vasitəsilə 98 faizə qədər dəqiqliklə ayırd edə bildiyi ortaya çıxıb. Üstəlik, bu diaqnoz xəstəliyin simptomları ortaya çıxmadan illər əvvəl də qoyula bilir.

Bristol və Manchester universitetləri ilə Medical Detection Dogs fondunun birgə apardığı işdə, Parkinson xəstələrindən götürülmüş dəri nümunələri (sebum) sağlam şəxslərin nümunələri ilə müqayisə edilib. Araşdırma, Journal of Parkinson’s Disease jurnalında nəşr olunub.

Araşdırmada təlim keçmiş iki it, dəri nümunələrini qoxulayaraq Parkinson xəstəsi olanları sağlamlardan və digər xəstəlikləri olanlardan uğurla ayırd edib.

Tamamilə neytral şərtlərdə aparılan cüt kor (double-blind) təcrübələrdə, itlər nümunələri hazırlayanlar və təlimçilər nümunələrin kimə aid olduğunu bilmirdi.

Buna baxmayaraq, itlər:

  • 80 faiz həssaslıq (sensitivity)

  • 98 faiz spesifiklik (specificity) ilə Parkinson xəstəliyini müəyyən edib.

Yəni, pozitiv nümunələri ayırd etmə nisbəti 80%-ə, yanlış pozitiv aşkarlamama nisbəti isə 98%-ə çatıb.

Tədqiqata qatılan itlərdən biri Golden Retriever “Bumper”, digəri isə Qara Labrador “Peanut” idi.

Hər ikisi Parkinson xəstələrinin dəri yağ nümunələrini qoxulayaraq təlim alıb. Hər düzgün tapıntı üçün mükafatlandırılan itlər qısa müddətdə yüksək dəqiqlik səviyyəsinə çatıb.

Medical Detection Dogs-un baş icraçı direktoru Claire Guest bildirib: “Hal-hazırda Parkinson xəstəliyini erkən diaqnostika edə biləcək test yoxdur. Halbuki simptomlar diaqnoz qoyulmadan 20 il əvvəl başlayır.” O əlavə edib ki, itlər diaqnostika prosesinə əhəmiyyətli töhfə verə bilər.

Erkən diaqnoz Parkinsonun irəliləməsini ləngitmək və simptomları yüngülləşdirmək baxımından çox vacibdir.

Bristol Universitetindən Nicola Rooney bildirib: “Bu işdə əldə olunan yüksək dəqiqlik, Parkinsonun özünəməxsus koku profilinin olduğunu göstərir. Bu sayədə gələcəkdə sürətli, invaziv olmayan və ucuz diaqnostika metodu yaradıla bilər.”

Manchester Universitetindən professor Perdita Barran isə deyib: “Dəri səthindən götürülən sadə nümunələrin xəstəliyin diaqnostikasında istifadə oluna biləcəyini bir daha göstərdik. Bu erkən diaqnoz baxımından inqilabi ola bilər.”

İlham mənbəyi: Joy Milne

Araşdırma, həyat yoldaşı Parkinson xəstəsi olan və kokusunun dəyişdiyini görən Joy Milne-nin müşahidələri əsasında Nose2Diagnose proqramı çərçivəsində aparılıb. Milne-nin fərqindəliyi, bu gün Parkinsonun koku vasitəsilə diaqnostikasına yol açıb.

Məqalədə: #Parkinson xəstəliyi #Parkinson xəstəliyinin erkən diaqnozu #Təlim keçmiş itlər #Qoxu diaqnostikası #Ertədən diaqnoz #Double-blind tədqiqat #Medical Detection Dogs #Bristol və Manchester universitetləri #Joy Milne #Nose2Diagnose proqramı

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.