5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

117 yaşlı ispan qadının uzunömürlülük sirri açılıb

İspaniyanın ən yaşlı sakini Maria Branyas 2024-cü ilin avqustunda 117 yaşında vəfat etdikdə, o, dünyanın ən yaşlı insanı sayılırdı. Ancaq alimlər onun genetik və bioloji analizlərini araşdırdıqda, yaşının çox gənc görünə biləcəyini müəyyən ediblər.

28 Sentyabr 2025 13:00
117 yaşlı ispan qadının uzunömürlülük sirri açılıb

BAKI,AzerVoice, Fərid Mikayılov

İspaniyanın ən yaşlı sakini Maria Branyas 2024-cü ilin avqustunda 117 yaşında vəfat etdikdə, o, dünyanın ən yaşlı insanı sayılırdı. Ancaq alimlər onun genetik və bioloji analizlərini araşdırdıqda, yaşının çox gənc görünə biləcəyini müəyyən ediblər.

Branyas hələ 116 yaşında ikən bir qrup ispan alimlərinin araşdırmalarında iştirak etməyə razılıq vermişdi. Onun qan, tüpürcək, sidik və nəcis nümunələri toplanaraq genetikası və mikrobiomu təhlil edildi. Araşdırmalar göstərib ki, Branyasın yaşlanma ilə bağlı bəzi bioloji markerləri mövcud olsa da, o, gənc orqanizmlərə xas sağlam xüsusiyyətlərə malik idi.

Məsələn, onda telomerlərin qısalması və klonal hematopoez kimi yaşlılığa bağlı faktorlar aşkarlanıb. Amma eyni zamanda, qadının iltihab səviyyəsi aşağı, bağırsaq mikrobiomu “gəncləşmiş”, epigenomu isə çox gənc görünürdü. Bu, onun sağlam yaşlanmasına təkan verən əsas faktorlardan sayılır.

Elm adamları Branyasın genetik kodunda ürək xəstəliyi, şəkərli diabet, Alzheimer və Parkinson kimi xəstəliklərə qarşı qoruyucu rol oynaya biləcək nadir variasiyalar aşkar ediblər.

Genetik faktorlarla yanaşı, Branyasın həyat tərzi də onun ömrünə təsir göstərib. O, gündə üç dəfə yoğurt yeyib, əsasən Aralıq dənizi pəhrizinə sadiq qalıb, yaxşı yuxu rejiminə əməl edib, aktiv hərəkətdə olub və ruh sağlamlığını qoruyub.

Onun sosial həyatı da zəngin olub: mütəmadi kitab oxuyub, piano çalıb və bağçılıqla məşğul olub.

Araşdırma müəllifləri bildiriblər ki, bu tapıntılar yaşlanma ilə xəstəliklərin hər zaman paralel getmədiyini göstərir:

“Məlum olur ki, bəzi hallarda yaşlanma və xəstəlik bir-birindən ayrı proseslər ola bilər və bu, uzunömürlülük anlayışına yeni baxış açır.”

Məqalədə: #Alzheimer #elmi tədqiqat #yaşlanma #Bunu bilirsinizmi? #Parkinson xəstəliyi #yaşlanma və həyat tərzi #sağlam yaşlanma #yaşlanma və sağlamlıq

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.