8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

İnsan sümüklərində mikroplastik izləri aşkarlanıb

Dünyada sürətlə yayılan mikroplastiklərin insan orqanizminin ən dərin toxumalarına qədər sirayət etdiyi təsdiqlənib. Yeni araşdırmalar bu hissəciklərin artıq yalnız qida, içki və havada deyil, həmçinin bağırsaq, beyin və reproduktiv orqanlarla yanaşı, sümüklərin dərinliklərində də toplandığını göstərib.

4 Oktyabr 2025 12:00
İnsan sümüklərində mikroplastik izləri aşkarlanıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Dünyada sürətlə yayılan mikroplastiklərin insan orqanizminin ən dərin toxumalarına qədər sirayət etdiyi təsdiqlənib. Yeni araşdırmalar bu hissəciklərin artıq yalnız qida, içki və havada deyil, həmçinin bağırsaq, beyin və reproduktiv orqanlarla yanaşı, sümüklərin dərinliklərində də toplandığını göstərib.

Osteoporosis International jurnalında dərc edilən və 62 elmi işin təhlilinə əsaslanan araşdırmaya görə, diametri 5 millimetrdən kiçik olan mikro- və nanoplastiklər sümük sağlamlığı üçün ciddi risk yarada bilər.

Braziliyanın Campinas Dövlət Universitetindən tibb mütəxəssisi Rodriqo Bueno de Oliveyra bildirib ki, mikroplastiklərin sümük iliyi kimi dərin toxumalara qədər çatması maddələr mübadiləsində pozuntulara səbəb ola bilər. Onun sözlərinə görə, bu, insan orqanizminin dayanıqlığı üçün “narahatedici siqnaldır”.

Heyvanlar üzərində aparılan təcrübələrdə plastik hissəciklərin sümük böyüməsini ləngitdiyi, sümük onarımı və inkişafında mühüm rol oynayan osteoklast hüceyrələrinə ziyan vurduğu aşkar edilib. Bu isə sümüklərin zəifləməsinə, deformasiyalara və sınma riskinin artmasına yol aça bilər. Laboratoriya sınaqları həmçinin mikroplastiklərin hüceyrə qocalmasını sürətləndirdiyini, iltihabi reaksiyaları artırdığını üzə çıxarıb.

Ekspertlər hələ ki, nəticələrin insanlar üzərində tam sübut olunmadığını desələr də, artmaqda olan osteoporoz (sümük əriməsi) hallarının mikroplastik təsiri ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Məlumatlara görə, hər il dünyada ən azı 400 milyon ton plastik istehsal olunur ki, bu da 1,8 milyard ton istixana qazı emissiyasına səbəb olur. Alimlər bu “gözardı edilən təhlükənin” daha dərindən araşdırılmasının vacibliyini vurğulayırlar.

Mütəxəssislər fərdi səviyyədə içməli suyun filtrdən keçirilməsini, plastik butulkalardan uzaq durmağı və sintetik geyimlərin istifadəsini azaltmağı mikroplastik təsirini minimuma endirmək üçün əsas addımlar kimi tövsiyə edirlər.

Məqalədə: #Bunu bilirsinizmi? #mikroplastik #nanoplastik #insan sümükləri #sümük toxuması #sümük iliyi #osteoporoz #sümük əriməsi #sümük sağlamlığı #plastik tullantılar #plastik çirklənmə #sümük zəifliyi #istixana qazı emissiyası

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.