7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Yeni elmi tədqiqat süni səs klonlarının real səslər qədər inandırıcı olduğunu göstərib

Süni intellekt (AI) texnologiyalarının həyatımıza sürətlə inteqrasiyası insanların real insan səsləri ilə süni intellekt tərəfindən yaradılan səs klonlarını fərqləndirməsini çətinləşdirib. Bu nəticə PLoS One jurnalında dərc olunan yeni elmi araşdırmanın əsas qənaətlərindən biridir.

19 Oktyabr 2025 12:00
Yeni elmi tədqiqat süni səs klonlarının real səslər qədər inandırıcı olduğunu göstərib

BAKI,AzerVoice, Fərid Mikayılov

Süni intellekt (AI) texnologiyalarının həyatımıza sürətlə inteqrasiyası insanların real insan səsləri ilə süni intellekt tərəfindən yaradılan səs klonlarını fərqləndirməsini çətinləşdirib. Bu nəticə PLoS One jurnalında dərc olunan yeni elmi araşdırmanın əsas qənaətlərindən biridir.

Təcrübədə iştirak edən könüllülərə 80 fərqli səs nümunəsi dinlədilib, onların yarısı süni intellekt tərəfindən yaradılmış, yarısı isə real insanlara məxsus səslər olub. İştirakçılar səsləri etibarlılıq və təsir gücünə görə qiymətləndiriblər.

Araşdırma nəticəsində məlum olub ki, iştirakçıların çoxu AI tərəfindən sıfırdan yaradılmış süni səsləri tanıya bilsə də, insan səslərindən klonlanmış süni səsləri çox zaman real hesab edib. Belə ki, süni klonların 58 faizi “real” kimi qəbul edilib, real səslərin isə yalnız 62 faizi düzgün müəyyən olunub.

Səs klonlama texnologiyası bir şəxsin səsini analiz edərək onun ton, vurğu və tələffüz xüsusiyyətlərini kopyalayır. Bu bacarıq, yaradıcı sahələrlə yanaşı, dələduzluq və saxtakarlıq halları üçün də yeni imkanlar yaradır.

Mütəxəssislərin fikrincə, bu texnologiyanın sürətlə yayılması etibarlı təhlükəsizlik mexanizmlərinə və etik nəzarətə ehtiyac yaradır.

Süni intellektlə yaradılan səslərin potensialı yalnız risklərlə məhdudlaşmır. Bu texnologiya nitq qabiliyyətini itirmiş şəxslərin kommunikasiya imkanlarını genişləndirir. Dr. Lavan bildirir ki, artıq insanlar öz səslərini yenidən yarada və ya tamamilə fərdi səs kimliyi formalaşdıra bilirlər.

Eyni zamanda süni səslər təhsil, media və audio kitab istehsalı sahəsində əlçatanlığı artırır. Son araşdırmalara görə, süni intellekt əsaslı səsli tədris sistemləri diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB) olan şagirdlərin motivasiyasını artırır.

Məqalədə: #Süni intellekt #Aİ #dələduzluq #Elmi araşdırma #elmi tədqiqat #səs klonlama #səs texnologiyası #etik süni intellekt

Mövzu üzrə digər xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

16:09
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

5 Sentyabr 19:32
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.