11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Avropada tükənmişlik böhranı niyə dərinləşir?

Avropada müasir əmək mühiti işçilərin psixoloji sağlamlığına ciddi təsir göstərir və ekspertlər problemin həlli üçün uzunmüddətli, sistemli strategiyanın zəruri olduğunu bildirirlər. Avropa İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyinin (EU-OSHA) bu il açıqladığı sorğu nəticələrinə görə, 30 ölkədə işçilərin yarısı özünü həddindən artıq iş yükü altında hiss edir.

11 Dekabr 2025 10:28
Avropada tükənmişlik böhranı niyə dərinləşir?

BAKI,AzerVoice,Fərid Mikayılov

Avropada müasir əmək mühiti işçilərin psixoloji sağlamlığına ciddi təsir göstərir və ekspertlər problemin həlli üçün uzunmüddətli, sistemli strategiyanın zəruri olduğunu bildirirlər.

AzerVoice xəbər verir ki, Avropa İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyinin (EU-OSHA) bu il açıqladığı sorğu nəticələrinə görə, 30 ölkədə işçilərin yarısı özünü həddindən artıq iş yükü altında hiss edir.

Respondentlərin 34 faizi əməklərinin dəyərləndirilmədiyini, 16 faizi isə iş yerində fiziki və yaxud sözlü zorakılığa məruz qaldığını qeyd edib.

Şirkətlərin işçi rifahına marağının artmasına baxmayaraq, iş yerində psixoloji gərginliyin azaldığına dair əlamətlər görünmür. Avstraliyada aparılmış tədqiqat göstərir ki, dövlət və özəl sektor psixoloji sağlamlığa daha çox vəsait ayırsa da, işçilərin mental vəziyyəti getdikcə pisləşir.

Avropa Həmkarlar İttifaqları İnstitutunun nümayəndəsi Sonya Navrotska bildirib ki, xüsusilə pandemiya dövründən sonra işlə bağlı psixoloji narahatlıqlar, o cümlədən tükənmişlik hallarında kəskin artım qeydə alınıb.

2023-cü ildə Avropadakı şirkətlər işçi rifahına dair layihələrə təxminən 17 milyard avrodan çox vəsait xərcləyib. Stressin idarə olunması proqramları, psixoloji məsləhət xidmətləri və fərdi inkişaf təlimləri hazırda Avropa işçilərinin təxminən 29 faizinin əlçatanlığındadır.

Lakin araşdırmalar göstərir ki, bu cür proqramların əksəriyyəti əsas səbəbləri – iş yükünün normadan artıq olması, uzun iş saatları, qeyri-sabit məşğulluq, əməyi qiymətləndirilməməsi və iş yerində psixoloji təzyiq kimi “psixososial riskləri” aradan qaldırmır.

“Bu problemi yalnız fərdi məşğələlərlə həll etmək mümkün deyil. Məsələ sistemlidir və idarəetmə modellərindən başlayır”- deyə Beynəlxalq Əmək Təşkilatının əmək sağlamlığı üzrə eksperti Manal Azzi vurğulayıb.

Bəzi ölkələr artıq daha genişmiqyaslı islahatlar sınaqdan keçirir. İngiltərə, Almaniya, İrlandiya və İslandiyada dörd günlük iş həftəsi üzrə aparılan pilot layihələr tükənmişlik riskinin azalmasına gətirib çıxarıb.

TELUS Health-in hesabatına əsasən, sağlam psixoloji mühit yaradan rəhbərlərin beş əsas xüsusiyyəti önə çıxır:

  • işçilərin rifahına real qayğı,
  • dağıdıcı rəqabətin qarşısını alan komanda yönümlü yanaşma,
  • inklüzivlik,
  • qərarlılıq və ardıcıllıq,
  • işə daha dərin mənəvi məna qazandırmaq bacarığı.

Bəzi Avropa ölkələri psixososial riskləri azaltmaq üçün qanunvericilik addımları atıb.

  • İsveçdə iş yerində psixoloji təzyiq və həddindən artıq iş yükü ilə bağlı xüsusi qaydalar mövcuddur.
  • Fransa, Belçika və Portuqaliyada isə iş saatından sonra işçi ilə əlaqənin kəsilməsi hüququ qanunla təsbit edilib.

Bununla belə, sosial təminatı güclü olan ölkələrdə belə işçilərin mental sağlamlığı ilə bağlı problemlərin geniş yayılması böhranın hələ də tam həll olunmadığını göstərir.

Avropa Həmkarlar İttifaqları İnstitutunun araşdırmasına görə, işlə bağlı stress nəticəsində yaranan depressiya və ürək-damar xəstəlikləri Avropa İttifaqına hər il 100 milyard avrodan çox xərc yaradır. Bu yükün 80 faizindən çoxu birbaşa işəgötürənlərin üzərinə düşür.

Ekspertlər hesab edir ki, işəgötürənlərin struktur dəyişiklikləri həyata keçirməsi üçün kifayət qədər ciddi səbəb var: psixoloji sağlamlığın pisləşməsi həm insan itkisinə, həm də iqtisadi ziyana səbəb olur.

Məqalədə: #Avropa #İşçilərin psixoloji sağlamlığı #İş yeri stressi #İş yükü problemi #Psixososial risklər #Avropa əmək bazarı #Avropada ruh sağlamlığı #Avropa İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyi #İşçi rifahı #İş yerində mobbing #İş mühiti problemləri #Avropada tükənmişlik #Avropa Həmkarlar İttifaqı

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.