8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Son saniyələrdə bədənimizdə nələr baş verir? - Can verən insanların 5 peşmanlığı

0, 3, 7, 12... Siz bu rəqəmlərə baxdıqca onlar artır. Hər saniyə +2, hər dəqiqə +120. Bu, nə baxış sayıdır, nə bəyənmə, nə də izləyici. Bu, xəbəri oxumağa başladığınız andan bəri ölənlərin sayıdır. Elə indicə daha iki nəfər... və daha iki... Hər gün 150 min insan, ildə 55 milyon nəfər. Müharibələrdən, fəlakətlərdən deyil – sadəcə təbii yolla ölürlər. Ölüm – hər birimizə zəmanət verilən yeganə şeydir. Uğur deyil, sevgi deyil, xoşbəxtlik deyil – məhz ölüm. Biz,siz və tanıdığınız hər kəs öləcək. Bu, pessimizm deyil, 100%-lik inkarı mümkün olmayan gerçəkdir.

24 May 2026 12:00
Son saniyələrdə bədənimizdə nələr baş verir? - Can verən insanların 5 peşmanlığı

BAKI,VOA

0, 3, 7, 12... Siz bu rəqəmlərə baxdıqca onlar artır. Hər saniyə +2, hər dəqiqə +120. Bu, nə baxış sayıdır, nə bəyənmə, nə də izləyici. Bu, xəbəri oxumağa başladığınız andan bəri ölənlərin sayıdır. Elə indicə daha iki nəfər... və daha iki... Hər gün 150 min insan, ildə 55 milyon nəfər. Müharibələrdən, fəlakətlərdən deyil – sadəcə təbii yolla ölürlər.
Ölüm – hər birimizə zəmanət verilən yeganə şeydir. Uğur deyil, sevgi deyil, xoşbəxtlik deyil – məhz ölüm. Biz,siz və tanıdığınız hər kəs öləcək. Bu, pessimizm deyil, 100%-lik inkarı mümkün olmayan gerçəkdir.

Qəribə orasıdır ki, biz bu bilgi hər gün yaşayırıq, uşaqlıqdan öləcəyimizi bilirik, amma demək olar ki, heç vaxt bu barədə düşünmürük. Bunun necə işlədiyini, son dəqiqələrdə nələr baş verdiyini, insanın nə hiss etdiyini, bədənlə nələr yaşandığını bilmirik. Halbuki ölüm – hər kəsin başına gələcəyi mütləq olan yeganə hadisədir və biz onun haqqında demək olar ki, heç nə bilmirik. Bu barədə danışmağa qorxuruq, düşünməkdən qaçırıq, evfemizmlər (yumşaldıcı sözlər) uydururuq: "Getdi", "bizi tərk etdi", "daha yaxşı dünyaya yollandı". Sanki ölümü öz adı ilə çağırmasaq, o gəlməyəcək...amma o gələcək.

Bununla belə, bəşəriyyət ölüm haqqında heç vaxt indiki qədər çox məlumata sahib olmayıb. Dayanan ürəyi yenidən işə salmağı, insanları "o dünyadan" geri qaytarmağı, can verən insanın beyninə hərfi mənada boylanıb orada nələr baş verdiyini görməyi öyrənmişik. Hansı hüceyrələrin birinci öldüyünü, ölüm anında hansı kimyəvi reaksiyaların başladığını, insanı geri qaytarmaq üçün neçə dəqiqəmizin olduğunu bilirik. Amma öyrəndikcə suallar da artır. İnsan tam olaraq nə vaxt ölü sayılır? Ürək dayananda? Beyin düşünməyi kəsəndə? Yoxsa sonuncu hüceyrə öləndə? Məlum olur ki, dəqiq cavab yoxdur. İnsan ölüm anında nə hiss edir? Ağrı, hüzur, yoxsa tunelin sonundakı həmin o işıq? Milyonlarla insan bənzər hekayələr danışır, amma elm hələ də bunun nə mənaya gəldiyi barədə mübahisə edir. Ölümü aldatmaq, bədəni dondurub 100 il sonra oyanmaq, yaxud şüuru kompüterə köçürmək mümkündürmü? Kimlərsə bunun üzərində işləyir. Bu məqalədə biz ölümü bir mexanizm kimi hissələrinə ayıracağıq. Mistika olmadan, dini mübahisələr olmadan, qorxu hekayələri olmadan. Yalnız elmin bildikləri və hələ ki, elmin bilmədiyi faktlara toxunacağıq..

İnsan necə ölür: Orqanların sıradan çıxma ardıcıllığı

Təsəvvür edin ki, bir insan ölür. Nədən öldüyü vacib deyil, bizi proses maraqlandırır. Daxildə nə baş verir? Orqanlar hansı ardıcıllıqla sönür?

Birinci olaraq həzm sistemi sönür. Ölümə bir neçə gün qalmış insan yemək istəyini tamamilə itirir. Bu, sadəcə halsızlıq deyil – bu, bədənin verdiyi qərardır. Yeməyi həzm etmək bədən üçün çox "bahadır". Enerji başqa şey üçün lazımdır: mədə, bağırsaq, qaraciyərin işləməsi orqanizm üçün enerji itiksidir. Bədən bu orqanları blok edir.

Növbəti sistem qan dövranıdır. Ürək yavaşlayır, təzyiq düşür. Qan ətraflardan (əl və ayaqlardan) mərkəzə, həyati vacib orqanlara doğru geri çəkilir. Əllər və ayaqlar soyuyur. Dərinin üzərində mərmər ləkələri yaranır. Bədən "nüvəni" qorumaq üçün "periferiyanı" qurban verir.

Sonra tənəffüs dəyişir. Nəfəsalma qeyri-müntəzəm olur. Nəfəs alışı, 20 saniyəlik fasilə, nəfəs veriş. Bəzən xırıltılı, qaynayan bir səs yaranır – buna "ölüm xırıltısı" deyirlər. Qorxulu səslənsə də, ölən şəxs üçün bu artıq ağrılı deyil.

Həmin an son nəfəs və ya son ürək döyüntüsü yaşanır. Beyinə oksigen getməsi dayanır. Uzun müddət belə hesab olunurdu ki, bundan sonra sadəcə qaranlıq gəlir, beyin bir lampa kimi sönür. Amma məlum oldu ki, bu heç də belə deyil.

Beyin ölümü: Miçiqan araşdırmaları

2013-cü il. Miçiqan Universitetinin neyrobioloqu Cima Borciqin ürək dayanması anında siçovulların beyin aktivliyini qeydə alır. Nəticə elmi ictimaiyyəti şoka saldı. Ürək dayandıqdan 30 saniyə sonra beyində sönmə deyil, əksinə, aktivlik partlayışı – Qamma dalğaları müşahidə olundu. Bu dalğalar şüur və diqqətin ən sürətli dalğalarıdır. Can verən beyin, adi oyaq haldan daha intensiv işləyirdi.

2023-cü ildə komanda insanlar üzərində araşdırma dərc edilir (Komada olan dörd pasiyent, aparatdan ayrılma anı). Dörd nəfərdən ikisində ürək dayanan an güclü qamma aktivliyi qeydə alındı. Həm də beynin şüurlu qavrayışla bağlı olan "isti zonasında".

Bu nə deməkdir? Bəlkə də beyin son atəşfəşanlığını başladır: endorfin və serotonin ifrazı ilə şüuru dəhşətdən qoruyur, ya da xatirələri canlandırır. " Həyatım gözlərimin önündən keçdi" ifadəsi bəlkə də metafora deyil, amma bunu sübut etmək hələ mümkün deyil.

Ölüm bir an deyil, bir prosesdir

Yadda saxlanılması vacib olan bir fakt: Ürək – ölən birinci orqan deyil, sonuncudur. Əvvəlcə beyin və ağciyərlər, sonra damarlar, ən sonda ürək ölür. Ürək dayandıqdan sonra bədən hələ tam ölü deyil:

Neyronlar 4-6 dəqiqəyə ölür.

Böyrəklər və qaraciyər təxminən 1 saata ölür.

Dəri 12 saata qədər yaşayır.

Ağ qan hüceyrələri 3 günə qədər sağ qalır.

Epidermis (dəri qatı) hüceyrələri soyuq temperaturda 32 günə qədər – yəni bir ay yaşayır.

İnsan artıq bir aydır ölüdür, amma hüceyrələrinin bir hissəsi hələ də sağdır. Bəs o sərhəd haradadır? Tibbin bu suala hələ də dəqiq cavabı yoxdur.

Qorxu və reallıq: Niyə ölümü elan etmək çətindir?

Ürək dayandıqdan sonra insanları 5, 10, hətta 20 dəqiqə sonra geri qaytarmaq olur. Onlar ölü idilər, yoxsa sadəcə ölümə yaxın? Beyin ölümü də anidən baş vermir. Beyin qabığı ( beyin səthi) dəqiqələr ərzində sönür, gövdə hissəsi daha çox yaşayır.

Tarix boyu ölümü yoxlamaq üçün müxtəlif metodlardan sitifadə edilirdi. Orta əsrlərdə dərinin üzərinə isti mum tökür, dırnaq altına iynə soxurdular, əgər insan reaksiya vermirdisə o ölü sayılırdı.

1968-ci ildə Harvard meyarları ilk dəfə ölümü ürəyə görə deyil, beyinə görə müəyyən etdi. Amma burada da problem var: Almaniyada ölü sayılan şəxs, Yaponiya qanunlarına görə sağ sayıla bilər. Çünki müxtəlif ölkələrdə beyin ölümünün meyarları fərqlidir.

Tunelin sonundakı işıq: Ölümqabağı təcrübələr (NDE)

1975-ci ildə psixiatr Reymond Mudi 150 nəfər klinik ölüm keçirmiş insanla danışdı. Hekayələr çox oxşar idi: Tunel, işıq, uçuş hissi, ölən qohumlarla görüş, mütləq hüzur və öz bədəninə yuxarıdan baxmaq. Səm Parniya adlı reanimatoloq 20 il bu fenomeni öyrəndi. 2000 pasiyent üzərində aparılan araşdırmada məlum oldu ki, bəzi insanlar ürəyi dayandığı və gözləri yumulu olduğu halda həkimlərin nə etdiyini dəqiqliklə təsvir ediblər.

Elm buna dörd izah verir:

Hipoksiya: Oksigen çatışmazlığı tunel görüntüsü və hallüsinasiya yaradır.
Endorfinlər: Bədən ekstremal vəziyyətdə təbii ağrıkəsicilər ifraz edir.
DMT: Beyindəki epifiz vəzində ifraz olunan güclü psixodelik. Ölüm anında səviyyəsi kəskin artır.
Yuxu müdaxiləsi: Beyin oyaq halda yuxu görməyə başlayır.

Ölüm halında bədənlə baş verənlər (Saniyəbəsaniyə)

0 dəqiqə: Son nəfəs, ürək dayanır.

1 dəqiqə: Beyin hüceyrələri ac qalır (4-6 dəqiqə davam edə bilər).

3 dəqiqə: Bəbəklər genişlənir və işığa reaksiya vermir. Əzələlər boşalır, çənə aşağı düşür.

15 dəqiqə: Qan yerçəkimi ilə aşağı çökür, bədəndə "meyit ləkələri" (Livor Mortis) yaranır.

30 dəqiqə: Dəri mum rəngi alır, dodaqlar göyərir. Bədən soyuyur (Algor Mortis).

1 saat: Meyit qıc olması (Rigor Mortis) başlayır. Əzələlər bərkiyir.

Daxildə: Hüceyrələr partlayır, fermentlər sızır və bədən öz-özünü içəridən yeməyə başlayır (Autoliz). Bağırsaqdakı trilyonlarla bakteriya artıq bədənin özünü parçalamağa başlayır.

Lazar fenomeni: Öləndən sonra dirilmə

Bu, mif deyil. Reanimasiya dayandırıldıqdan sonra qan dövranının öz-özünə bərpa olunmasıdır. 1982-ci ildən bəri 65 belə hal rəsmən qeydə alınıb. Bəzən reanimasiya zamanı yaranan yüksək təzyiq ürəyin işinə mane olur. Bu təzyiq azaldıqda isə, ürək birdən işə düşür. Bu səbəbdən müasir həkimlər ölümü təsdiqləməzdən əvvəl 10 dəqiqə sükutla gözləyirlər.

Hər canlı ölümü dadacaq-Niyə ölürük?

5 mm-lik meduza (Turritopsis dohrnii) ölmür – o, qocaldıqda gəncliyinə qayıdır. Bəs biz? Təkamül üçün biz sadəcə gen daşıyıcısıyıq. Övlad dünyaya gətirdikdən sonra bədəni təmir etmək təbiət üçün səmərəli deyil. "Köhnəni təmir etməkdənsə, yenisini buraxmaq daha asandır". Hüceyrələrin bölünmə limiti var (Heyflik limiti). Biz xərçəngdən ölməmək üçün qocalıb ölürük. Bəzi alimlər hesab edir ki, ölüm – növün inkişafı üçün bir "funksiyadır".

Ölümü aldatmaq cəhdləri

Krionika: İnsanları -196 dərəcədə dondururlar (500 nəfər artıq belə gözləyir).

Qocalmanı müalicə etmək: Alimlər siçovulların həyatını 25-50% uzatmağı bacarıblar.

Şüuru köçürmək (Mind Uploading): Şüuru kompüterə köçürüb ölümsüz proqrama çevrilmək. Bunların heç biri elmlə sübut olmayıb bu vaxta qədər rəsmi təsdiqini tapmaıyb. Bu proseslər başlasa da bu vaxta qədər adı çəkilən üsullarla heç kimi sağ saxlamaq mümkün olmayıb.

Ölüm ayağında peşmanlıqlar

Avstraliyalı tibb bacısı Bronni Ver can verən insanların 5 əsas peşmanlığını qeydə alıb:

Kaş başqalarının gözləntisi ilə deyil, öz həyatımı yaşasaydım.
Kaş bu qədər çox işləməsəydim.
Kaş hisslərimi ifadə etməyə cəsarətim olsaydı.
Kaş dostlarımla əlaqəni kəsməsəydim.
Kaş özümə xoşbəxt olmağa imkan verə versəydim.

Ölüm bir gerçəkdir, amma biz onu yoxmuş kimi sayırıq. Məsələ nə vaxt öləcəyimiz deyil, o ana qədər nə edəcəyimizdir. Ölümlə hər şey qaydasındadır, o öz işini görür. Sual budur: Sizin həyatınızla bağlı hər şey qaydasındadırmı?

Ölüm və Biologiya SEO xəbər

Ölüm faktları, insan bədəni öləndən sonra, beyin ölümü nədir, ürək dayanması anı, Lazar fenomeni mənası, tunel işığı nədən yaranır, DMT və ölüm, krionika qiyməti, meyit ləkələri nədir, ölümdən sonra hüceyrələrin yaşaması, Heyflik limiti izahı, şüurun köçürülməsi mümkündürmü.

Məqalədə: #Bioloji ölümün mərhələləri #Ölüm nədir? #Klinik ölüm anında beyin dalğaları #Klinik ölüm #Ölümqabağı təcrübələrin neyrobiologiyası #İnsan bədəninin parçalanma prosesi #Ömrün uzadılması və krionika texnologiyası #neyrobiologiya #Qamma dalğaları #Lazar fenomeni

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.