6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İordaniya
İordaniya

İordaniya “Müsəlman Qardaşlar” təşkilatını qeyri-qanuni elan etdi

HƏMAS bu şəxslərin Fələstinə dəstək məqsədi ilə hərəkət etdiyini və İordaniyaya qarşı təhdid olmadığını bildirib.

24 Aprel 2025 08:48
İordaniya “Müsəlman Qardaşlar” təşkilatını qeyri-qanuni elan etdi

BAKI, AzerVoice

İordaniya hökuməti “Müsəlman Qardaşlar” (İXVAN) təşkilatının fəaliyyətini rəsmi olaraq qadağan edib. Ölkənin daxili işlər naziri Məzən əl-Fəraya çərşənbə axşam saatlarında günü keçirdiyi mətbuat konfransında təşkilatın bütün fəaliyyətlərinin qanunsuz elan edildiyini bildirib. Qərara əsasən, təşkilata aid bütün ofis və qərargahlar bağlanacaq, hətta digər qurumlarla birgə istifadə olunan məkanlar belə fəaliyyətini dayandırmalıdır.

Nazir həmçinin xəbərdarlıq edərək bildirib ki, təşkilata üzv olmaq, onun ideologiyasını yaymaq və mediada bu mövzuda paylaşımlar etmək qadağandır. Təşkilatın əmlaklarının müsadirəsi ilə bağlı yaradılmış xüsusi komissiyanın işi sürətləndirilib.

Rəsmi qərara “Müsəlman Qardaşlar” cavab verməsə də, onun siyasi qanadı olan və parlamentdə onlarla deputatla təmsil olunan “İslami Əmək Cəbhəsi Partiyası” bəyan edib ki, fəaliyyətini tamamilə müstəqil siyasi təşkilat kimi davam etdirəcək.

Qeyd edək ki, ötən həftə İordaniya təhlükəsizlik orqanları 16 nəfəri saxlayıb. Onlar ölkədə raket və pilotsuz uçuş aparatları hazırlamaq, partlayıcılar saxlamaq və xaricdə təlimlər təşkil etməkdə ittiham olunurlar. HƏMAS bu şəxslərin Fələstinə dəstək məqsədi ilə hərəkət etdiyini və İordaniyaya qarşı təhdid olmadığını bildirib.

Daxili işlər naziri əlavə edib ki, “Müsəlman Qardaşlar” 2020-ci il məhkəmə qərarı ilə artıq ləğv edilsə də, son dövrlər gizli şəkildə fəaliyyətlərini davam etdirib və ölkənin sabitliyini pozmağa çalışıblar.

Eyni zamanda, mənbələr bildirir ki, hökumət bu qərardan sonra təşkilatla əlaqəli “İordaniya Müəllimlər İttifaqı” məsələsində də addımlar ata bilər. Qeyd edək ki, bu ittifaq 2020-ci ildə fəaliyyətini dayandırıb, lakin son seçkilərdə təşkilat və onun partiyası 460 min səs toplayaraq güclü ictimai dəstək göstərib.

Məqalədə: #İxvan-i Müslimin #HƏMAS və Müsəlman Qardaşları əlaqəsi #HƏMAS və Müsəlman Qardaşları arasında nə əlaqə var? #Müsəlman Qardaşları İordaniya #Müsəlman Qardaşları və İordaniya hakimiyyəti arasında böhran #İordaniyada İxvanın hüquqi statusu nədir? #Müsəlman Qardaşları və Suriya #İordaniya İxvanı 2025 #İordaniyada İxvan böhranı #İxvan HƏMAS əlaqəsi #İordaniyada etirazlar və İxvan #İxvan siyasi ritorikası #İxvan partiyası və təhlükəsizlik məsələləri #İordaniya kral ailəsi və İxvan

Mövzu üzrə digər xəbərlər

İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı
Ölkələr və paytaxtlar

İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı

23 Avqust 12:00
London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək?

17 Avqust 10:14
İordaniyada 7 ayın nəticələri açıqlandı - milyardlarla qazanc
Ərəb turizmi

İordaniyada 7 ayın nəticələri açıqlandı - milyardlarla qazanc

15 Avqust 07:50
Qəzzada yeni güc balansı: Xalid Məşəl və "İxvan" oxu İranın boşluğunu necə doldurur?
ArabAZ təhlil mərkəzi

Qəzzada yeni güc balansı: Xalid Məşəl və "İxvan" oxu İranın boşluğunu necə doldurur?

5 Aprel 12:00

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.