5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İordaniya
İordaniya

Yaxın Şərqdəki münaqişə İordaniya turizm bazarı üzərində təzyiq yaradır

Yaxın Şərqdə davam edən hərbi gərginlik İordaniyanın turizm sektoruna ciddi zərbə vurub. Petra şəhərinə gələn xarici turistlərin sayı mart-aprel aylarında kəskin azalaraq 28-30 min nəfərə düşüb. Turizm sektorundakı geriləmənin ölkə iqtisadiyyatına əlavə təzyiq yaratdığı bildirilir.

7 May 2026 22:00
Yaxın Şərqdəki münaqişə İordaniya turizm bazarı üzərində təzyiq yaradır

BAKI,VOA,Yusif Şərifzadə

Yaxın Şərqdə davam edən hərbi gərginlik İordaniyanın əsas gəlir mənbələrindən biri olan turizm sektoruna ciddi təsir göstərib.

VOA xəbər verir ki, rəsmi statistikaya əsasən, turizm sektoru İordaniyanın ümumi daxili məhsulunun 14 faizini təşkil edir. Bu sahədə birbaşa 60 min nəfər çalışır, əlavə olaraq isə təxminən 300 min nəfərin dolanışığı turizm sektorundan asılıdır.

Məlumata görə, ötən il İordaniyaya yeddi milyondan çox turist səfər edib və bu ziyarətlər ölkə iqtisadiyyatına 7,8 milyard dollar gəlir qazandırıb.

Petra Turizm İdarəsinin Komissarlar Şurasının sədri Adnan əs-Səvayr bildirib ki, ilin ilk iki ayı turizm baxımından olduqca uğurlu keçib. Onun sözlərinə görə, həmin müddətdə qədim Petra şəhərini 112 min xarici turist ziyarət edib.

Lakin regionda müharibənin başlaması ilə vəziyyətin kəskin dəyişdiyini deyən əs-Səvayr qeyd edib ki, münaqişənin təsiri dərhal hiss olunub. O bildirib ki, mart və aprel aylarında Petra şəhərinə gələn xarici turistlərin sayı 28-30 min nəfər arasında dəyişib.

Turizm nümayəndələri hesab edir ki, bölgədə təhlükəsizliklə bağlı narahatlıqlar turist axınının azalmasına səbəb olub və bu tendensiya İordaniya iqtisadiyyatına əlavə təzyiq yaradır.

Məqalədə: #İordaniya #Petra şəhəri #YaxınŞərq #TurizmSektoru #TuristAxını #RegionalGərginlik #İordaniyaİqtisadiyyatı #YaxınŞərqMünaqişəsi #TurizmBöhranı

Mövzu üzrə digər xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01
BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib
BƏƏ

BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

2 Sentyabr 22:06

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.