13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İranın ABŞ və İsrailə cavab hücumları çərçivəsində 7 ərəb ölkəsinə 4 minə yaxın zərbə endirilib

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri Körfəz bölgəsi başda olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrinə ən azı 3955 hücum həyata keçirdiyi bildirilir. Anadolu Agentliyinin bölgə ölkələrinin müdafiə nazirlikləri və informasiya mərkəzlərindən topladığı məlumatlara görə, bu hücumlardan ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.

17 Mart 2026 15:26
İranın ABŞ və İsrailə cavab hücumları çərçivəsində 7 ərəb ölkəsinə 4 minə yaxın zərbə endirilib

BAKI, VOA, Nailə Babazadə

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri Körfəz bölgəsi başda olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrinə ən azı 3955 hücum həyata keçirdiyi bildirilir.

VOA xəbər verir ki, Anadolu Agentliyinin bölgə ölkələrinin müdafiə nazirlikləri və informasiya mərkəzlərindən topladığı məlumatlara görə, bu hücumlardan ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.

BƏƏ Müdafiə Nazirliyi hücumların başlanğıcından bəri hava hücumundan müdafiə sistemlərinin 304 balistik raket, 15 qanadlı raket və 1627 PUA-nı zərərsizləşdirdiyini açıqlayıb. Küveyt hökuməti bu müddət ərzində 257 balistik raket və 516 PUA-nın, Bəhreyn isə 129 raket və 215 PUA-nın qarşısının alındığını bəyan edib. Qətər Müdafiə Nazirliyi ölkəyə 174 balistik raket, 84 dron və 2 ədəd Su-24 döyüş təyyarəsi ilə hücum edildiyini bildirib. İordaniya ordusu ölkəyə yönələn 204 raket və PUA-dan 187-nin məhv edildiyini, Səudiyyə Ərəbistanı isə ən azı 25 raket və 389 PUA hücumunun qeydə alındığını diqqətə çatdırıb. Oman Sultanlığı isə 16 PUA ilə hədəf alındığını bəyan edib.

İranın rəsmi xəbər agentliyi IRNA isə 28 fevraldan bəri 60 strateji hədəfə və ABŞ-İsrailə məxsus 500 hərbi nöqtəyə hücum təşkil edildiyini, bu əməliyyatlarda 700-dən çox PUA və yüzlərlə raketdən istifadə olunduğunu xəbər verib. İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşularla mehriban münasibətlərin tərəfdarı olduğunu bildirsə də, ABŞ və İsrailin hücumlarına qarşı özünü müdafiə hüququnun toxunulmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu hücumlar nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei də daxil olmaqla çox sayıda yüksək rütbəli rəsmi həyatını itirib. İran rəsmilərinin məlumatına görə, ölkə daxilində ABŞ və İsrail zərbələri nəticəsində ölənlərin sayı 1348-i keçib, 17 mindən çox insan isə yaralanıb.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.