7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ-ın F-35 qırıcısı vuruldu, pilot təcili eniş etdi

Yaxın Şərqdə davam edən genişmiqyaslı hərbi münaqişə zamanı ABŞ-a məxsus beşinci nəsil F-35 döyüş təyyarəsi İran üzərində tapşırıq yerinə yetirərkən ciddi xəsarət alıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təyyarənin bazaya təcili eniş etdiyini və pilotun vəziyyətinin stabil olduğunu təsdiqləyib.

19 Mart 2026 23:18
ABŞ-ın F-35 qırıcısı vuruldu, pilot təcili eniş etdi

BAKI, VOA, Orxan Qədirzadə

Yaxın Şərqdə davam edən genişmiqyaslı hərbi münaqişə zamanı ABŞ-a məxsus beşinci nəsil F-35 döyüş təyyarəsi İran üzərində tapşırıq yerinə yetirərkən ciddi xəsarət alıb.

VOA xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təyyarənin bazaya təcili eniş etdiyini və pilotun vəziyyətinin stabil olduğunu təsdiqləyib.

CENTCOM sözçüsü Tim Hokins bildirib ki, hadisə zamanı F-35 qırıcısı "döyüş missiyası" çərçivəsində İran hava məkanında olub. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.

Lakin İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tamamilə fərqli bir bəyanatla çıxış edib. SEPAH-ın məlumatına görə, ABŞ qırıcısı martın 19-da saat 02:50 radələrində İranın müasir hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alınıb və ağır zədələnib. İran tərəfi təyyarənin yerə çırpılma ehtimalının yüksək olduğunu iddia edərək, vurulma anına dair görüntülər yayımlayıb.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixindən etibarən İrana qarşı intensiv hərbi əməliyyatlara başlayıb. Bu hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir çox yüksək rütbəli rəsmi həlak olub.

İran rəsmilərinin məlumatına görə, hücumlar zamanı ölənlərin sayı 1348-i keçib, 17 mindən çox insan yaralanıb.

Məqalədə: #Bakı #ABŞ-ın F-35 qırıcısı İran üzərində vuruldu: Təyyarə təcili eniş etdi #AzerVoice: CENTCOM təsdiqlədi - F-35 ciddi xəsarət alıb #SEPAH: ABŞ-ın 5-ci nəsil qırıcısını vurduq #görüntülər mövcuddur #İranın hava hücumundan müdafiəsi sınaqdan keçdi: F-35 hədəf alındı #Yaxın Şərqdə böyük müharibə: 1300-dən çox ölü #minlərlə yaralı #ABŞ-İsrail hücumları fonunda təhlükəli gəlişmə: Pilotun vəziyyəti necədir?

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45
Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

21 Avqust 10:52

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.