7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran İngiltərəyə xəbərdarlıq etdi: ABŞ-a baza təmin etmək hücuma iştirak sayılacaq

İran Xarici İşlər naziri Abbas Əraqçi İngiltərənin ABŞ-a hərbi baza təmin etməsini sərt tənqid edərək bildirib ki, bu addım “İrana qarşı hücuma iştirak” kimi qiymətləndiriləcək və ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək hüququ qorunur.

20 Mart 2026 16:42
İran İngiltərəyə xəbərdarlıq etdi: ABŞ-a baza təmin etmək hücuma iştirak sayılacaq

BAKI,VOA, Fərid Mikayılov

İran Xarici İşlər naziri Abbas Əraqçi İngiltərənin ABŞ-a hərbi baza təmin etməsini sərt tənqid edərək bildirib ki, bu addım “İrana qarşı hücuma iştirak” kimi qiymətləndiriləcək və ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək hüququ qorunur.

VOA xəbər verir ki, Əraqçi İngiltərəli həmkarı Yvette Cooper ilə telefon danışığında ABŞ və İsrailin İran üzərinə hücumlarını və bölgədəki vəziyyəti müzakirə edib.

Görüşdə Əraqçi vurğulayıb ki, İran ikinci dəfə müzakirə masasında olduğu halda hərbi hücuma məruz qalır.

“ABŞ və İsrail rejimi beynəlxalq norma və prinsipləri pozaraq ölkəmizə hücum etdi. Xalqımızın lideri, bir sıra yüksək vəzifəli şəxslərimiz və içində 170-dən çox ibtidai sinif şagirdi olan çox sayda günahsız insan həyatını itirdi”- deyə o bildirib.

O, həmçinin ABŞ-İsrailin hücumlarına qarşı İranın müdafiə tədbirlərini İngiltərəli həmkarına çatdırıb və bəzi Avropa ölkələrinin bu açıq təcavüzə qarşı mənfi və qərəzli mövqeyini tənqid edib, bunun beynəlxalq hüququn pozulması olduğunu qeyd edib.

Əraqçi BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək İranın qanuni müdafiə hüququnun olduğunu xatırladıb, qonşu ölkələrin suverenliyinə hörmət göstərdiklərini, lakin bəzi ölkələrdə yerləşən ABŞ bazalarından İranın hədəfə alındığını bildirib.

Nazir bildirib ki, bölgədəki qeyri-sabitlik yalnız hücumların dayandırılması ilə həll oluna bilər və müharibənin sona çatması “oxşar hücumların təkrarını önləyəcək zəmanətlərlə mümkündür”.

“Bu addımlar açıq şəkildə hücuma iştirak kimi qiymətləndiriləcək və iki ölkə arasındakı münasibətlər tarixində yer alacaq. Eyni zamanda ölkəmizin suverenliyini və müstəqilliyini qorumaq hüququmuz saxlanılır”- deyə Əraqçi İngiltərəyə xəbərdarlıq edib.

İranlı nazir İngiltərəli həmkarını ABŞ və İsrail ilə hərbi və media sahələrində hər hansı əməkdaşlıqdan çəkinməyə çağırıb.

Məqalədə: #İsrail #İran #ABŞ #İngiltərə #Abbas Əraqçi #ABŞ və İsrailin İran gərginliyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.