4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Hörmüz boğazında gəmi hərəkəti statistikası - Çin liderlik edir

Son iki gün ərzində Hörmüz boğazından müxtəlif təyinatlı 29 gəminin keçidi qeydə alınıb ki, bu da mart ayından bəri ən yüksək göstərici hesab olunur. 4-6 aprel tarixləri arasında boğazdan hər iki istiqamətdə neft tankerləri, qazdaşıyan və yük gəmiləri keçib. ABŞ və İsrail ilə İran arasında davam edən müharibə səbəbindən Tehranın tətbiq etdiyi məhdudiyyətlərə rəğmən, bu rəqəm son bir ayın rekordudur. Analizlər göstərir ki, keçid edən gəmilər arasında Çin şirkətlərinə məxsus 7 gəmi ilk sırada yer alır. Onları hər biri 5 gəmi olmaqla İran və Yunanıstan şirkətləri izləyir.

7 Aprel 2026 14:02
Hörmüz boğazında gəmi hərəkəti statistikası - Çin liderlik edir

BAKI,VOA, Orxan Qədirzadə

Son iki gün ərzində Hörmüz boğazından müxtəlif təyinatlı 29 gəminin keçidi qeydə alınıb ki, bu da mart ayından bəri ən yüksək göstərici hesab olunur.

VOA xəbər verir ki, "Marine Traffic" platformasının məlumatlarına əsasən, 4-6 aprel tarixləri arasında boğazdan hər iki istiqamətdə neft tankerləri, qazdaşıyan və yük gəmiləri keçib. ABŞ və İsrail ilə İran arasında davam edən müharibə səbəbindən Tehranın tətbiq etdiyi məhdudiyyətlərə rəğmən, bu rəqəm son bir ayın rekordudur. Analizlər göstərir ki, keçid edən gəmilər arasında Çin şirkətlərinə məxsus 7 gəmi ilk sırada yer alır. Onları hər biri 5 gəmi olmaqla İran və Yunanıstan şirkətləri izləyir.

Məlumata görə, bütün gəmilər İranın ərazi sularında, Keşm adasının cənubu ilə uzanan dar bir marşrutdan istifadə ediblər. İran rəhbərliyi bəyan edib ki, Hörmüz boğazının tam açılması yalnız hücumlar nəticəsində dəyən zərərin ödənilməsi və yeni keçid sistemindən əldə olunacaq gəlirlər müqabilində mümkündür. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın sərt xəbərdarlıqlarına baxmayaraq, rəsmi Tehran müvəqqəti atəşkəs müqabilində boğazın açılması təklifini rədd edib.

Hazırda dünya neft və təbii qaz daşımalarının təxminən beşdə birinin keçdiyi bu strateji su yolu beynəlxalq gərginliyin mərkəzindədir. ABŞ və İsrail boğazın açılması üçün hərbi təhdidlərini artırsa da, İran tərəfi enerji infrastrukturuna hər hansı hücum olacağı təqdirdə bölgədəki digər enerji obyektlərini hədəf alacağı ilə bağlı xəbərdarlıq edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə "icazəsi olmayan" bir neçə gəminin boğaza giriş-çıxışına qadağa qoyduğunu açıqlayıb.

Məqalədə: #Hörmüz boğazında gəmi hərəkəti statistikası #Çin gəmilərinin Hörmüz boğazından keçidi #İran və ABŞ müharibəsinin dəniz ticarətinə təsiri #Marine Traffic Hörmüz boğazı məlumatları 2026 #Neft tankerlərinin Keşm adası marşrutu #Hörmüz boğazının bağlanması və qlobal enerji böhranı #SEPAH-ın boğazda gəmilərə tətbiq etdiyi məhdudiyyətlər #Donald Trampın İrana qarşı Hörmüz hədələri #İranın yeni keçid sistemi və kompensasiya tələbi #Hörmüz boğazında strateji gəmi marşrutları

Mövzu üzrə digər xəbərlər

İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib
İran

İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

3 Sentyabr 20:13
İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir
İran

İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

3 Sentyabr 18:12
Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb
İran

Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

3 Sentyabr 10:14
İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib
İran

İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

2 Sentyabr 21:37

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.