5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Atəşkəs elanına rəğmən beş körfəz ölkəsi raket və dron hücumlarına məruz qalıb

ABŞ Prezidenti Donald Trampın İranla şərti atəşkəs razılaşmasını elan etməsindən dərhal sonra, çərşənbə günü sübh saatlarında regionun beş ölkəsi intensiv hücumlarla üzləşib.

8 Aprel 2026 15:07
Atəşkəs elanına rəğmən beş körfəz ölkəsi raket və dron hücumlarına məruz qalıb

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Trampın İranla şərti atəşkəs razılaşmasını elan etməsindən dərhal sonra, çərşənbə günü sübh saatlarında regionun beş ölkəsi intensiv hücumlarla üzləşib.

VOA xəbər verir ki, ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs elanından bir neçə saat sonra Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreyn ərazilərində partlayış səsləri eşidilib. Hücumlar nəticəsində mülki şəxslərin yaralandığı və mühüm enerji infrastrukturuna ziyan dəydiyi bildirilir.

Birləşmiş Ərəb Əmirliyində hava hücumundan müdafiə sistemləri yeni raket təhdidlərini zərərsizləşdirib. Əbu-Dabi İnformasiya Ofisinin məlumatına görə, raket qalıqlarının düşməsi nəticəsində "Habşan" qaz emalı müəssisəsində yanğın baş verib, iki BƏƏ və bir Hindistan vətəndaşı yüngül xəsarət alıb.

Küveyt Müdafiə Nazirliyi ölkənin cənubundakı neft və elektrik stansiyalarını hədəf alan 28 ədəd pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb. Hücumlar nəticəsində neft infrastrukturu və su-elektrik təminatı obyektlərinə ciddi maddi ziyan dəyib.

Səudiyyə Ərəbistanında paytaxt Ər-Riyad daxil olmaqla beş müxtəlif bölgədə həyəcan siqnalları verilib. Oxşar vəziyyət Qətər və Bəhreyndə də müşahidə olunub. Qətər Müdafiə Nazirliyi raket hücumunun dəf edildiyini, Bəhreyn rəsmiləri isə Sitra bölgəsində bəzi evlərin zərər gördüyünü təsdiqləyib.

Xatırladaq ki, Donald Tramp "Truth Social" platformasında verdiyi açıqlamada hərbi hədəflərə çatıldığını və Pakistanın vasitəçiliyi ilə İranla sülhə yaxın olduqlarını bildirmişdi. Razılaşmaya əsasən, İslamabadda 15 günlük yekun danışıqların aparılması nəzərdə tutulurdu. Lakin son hücumlar əldə olunmuş kövrək atəşkəsin icrasını ciddi sual altına qoyub.

Məqalədə: #Regional təhlükəsizlik #5 Körfəz ölkəsinə edilən son raket hücumları #ABŞ və İran arasında iki həftəlik atəşkəs şərtləri #Küveyt neft obyektlərinə dəyən maddi ziyan 2026 #BƏƏ Habşan qaz müəssisəsində yanğın son vəziyyət #Tramp və İran sülh planı 10 maddəlik təklif #Səudiyyə Ərəbistanında verilən hava təhlükəsi xəbərdarlığı #İslamabad danışıqları #qaz emalı müəssisəsi #Donald Tramp atəşkəs

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01
İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ
Digər Dövlətlər

İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

3 Sentyabr 18:50

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.