12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ donanması İran limanlarına gedən 27 gəmini geri qaytarıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabından yaydığı bəyanatda bildirib ki, İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində aprelin 13-dən bu yana ümumilikdə 27 gəmiyə müdaxilə olunub. Məlumata görə, ABŞ hərbi dəniz qüvvələri həmin gəmilərə ya hərəkət istiqamətini dəyişmək, ya da geri dönərək hər hansı bir İran limanına lövbər salmaq barədə göstəriş verib.

20 Aprel 2026 21:06
ABŞ donanması İran limanlarına gedən 27 gəmini geri qaytarıb

BAKI,VOA, Nailə Babazadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabından yaydığı bəyanatda bildirib ki, İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində aprelin 13-dən bu yana ümumilikdə 27 gəmiyə müdaxilə olunub.

VOA xəbər verir ki, məlumata görə, ABŞ hərbi dəniz qüvvələri həmin gəmilərə ya hərəkət istiqamətini dəyişmək, ya da geri dönərək hər hansı bir İran limanına lövbər salmaq barədə göstəriş verib.

Xatırladaq ki, bir neçə gün əvvəl — aprelin 18-də yayılmış hesabatda geri qaytarılan gəmilərin sayının 23 olduğu bildirilmişdi. Son rəqəmlər göstərir ki, ABŞ-ın Hörmüz boğazındakı nəzarəti daha da sərtləşib və blokada rejiminə tabe olmayan gəmilərə qarşı təzyiqlər artır.

Bu hərbi tədbirlər ABŞ Prezidenti Donald Trampın Pakistanda İranla aparılan danışıqların nəticəsiz qalmasından sonra verdiyi əmrlə icra olunur. Trampın qərarı ilə başladılan bu proses İranın neft ixracını və xarici ticarətini tamamilə dayandırmağı hədəfləyir. ABŞ tərəfi bəyan edib ki, Tehranla yeni və "ədalətli" bir razılaşma əldə olunana qədər heç bir gəminin İran limanlarına giriş-çıxışına icazə verilməyəcək.

Məqalədə: #Donald Tramp #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran

İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu

11 Sentyabr 17:42
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.