8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Trampdan İrana sərt xəbərdarlıq: Hörmüz boğazı bağlanarsa, “ölkəniz belə qalmayacaq”

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar fonunda Hörmüz boğazının gələcəyi ilə bağlı sərt açıqlamalar verib. O, İran rəsmiləri ilə boğaz məsələsini müzakirə etdiyini bildirərək, Tehrana boğazın bağlanmasının ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

21 İyun 2026 21:47
Trampdan İrana sərt xəbərdarlıq: Hörmüz boğazı bağlanarsa, “ölkəniz belə qalmayacaq”

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar fonunda Hörmüz boğazının gələcəyi ilə bağlı sərt açıqlamalar verib. O, İran rəsmiləri ilə boğaz məsələsini müzakirə etdiyini bildirərək, Tehrana boğazın bağlanmasının ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Tramp Amerikanın “Fox News” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, İran rəsmilərinə Hörmüz boğazını bağlamaqdan çəkinmələri ilə bağlı mesaj çatdırıb.

ABŞ Prezidenti qeyd edib ki, İran tərəfinə boğazın bağlanacağı təqdirdə bunun Tehran üçün ciddi nəticələr doğuracağını bildirib.

“Onlara dedim ki, əgər Hörmüz boğazını bağlasanız, bundan sonra əlinizdə ölkə belə qalmaya bilər. Hətta öz ölkənizə geri qayıtmaq imkanınız da olmayacaq”, – deyə Tramp vurğulayıb.

İran rəsmiləri daha əvvəl İsrailin Livandakı hərbi əməliyyatlarını əsas gətirərək Hörmüz boğazının bağlana biləcəyi barədə bəyanatlar səsləndirmişdilər. Vaşinqton isə belə bir addımın qlobal enerji bazarları və beynəlxalq ticarət üçün ciddi risk yaradacağını bildirir.

ABŞ Prezidenti müsahibəsində bildirib ki, zərurət yaranacağı halda Vaşinqton Hörmüz boğazına nəzarəti öz üzərinə götürə və boğazdan keçən gəmilərdən ödəniş tələb edə bilər.

Tramp ABŞ-ni Yaxın Şərqin və Hörmüz boğazının təhlükəsizliyini təmin edən əsas qüvvə kimi xarakterizə edərək qeyd edib ki, belə bir ssenaridə boğazdan daşınan neftin müəyyən hissəsinin ABŞ-nin nəzarətinə keçməsi də mümkündür.

Onun sözlərinə görə, İranla əldə olunan son razılaşma nəticəsində boğaz vasitəsilə gündəlik təxminən 19 milyon barel neft daşınıb və bu göstərici qlobal enerji bazarı baxımından böyük əhəmiyyət daşıyır.

ABŞ Prezidenti müsahibədə Livandakı vəziyyətə də toxunub. Tramp İsrailin Hizbullaha qarşı mübarizədə istənilən nəticəni əldə edə bilmədiyini iddia edib.

“İsrailin Hizbullahı tam zərərsizləşdirə bilməməsi məni məyus edir. Onlar binaları dağıtmadan ciddi nəticə əldə edə bilmirlər”, – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Suriyanın Prezidenti Əhməd əş-Şəra Hizbullaha qarşı mübarizədə daha effektiv nəticə göstərə bilər.

Tramp həmçinin bildirib ki, hazırda HƏMAS əsas problem kimi qiymətləndirilmir və beynəlxalq diqqətin əsasən İran məsələsinə yönəldilməsi vacibdir.

ABŞ Prezidenti İranın nüvə proqramı ilə bağlı məsələlərə də münasibət bildirib. İran Prezidenti Məsud Pezeşkianın uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcəkləri barədə açıqlamasını şərh edən Tramp Tehran rəhbərliyinə növbəti xəbərdarlıq edib.

“Məncə, o, söylədiyi sözlərə diqqət etməlidir. Əks halda ölkənin qalan hissəsini də nəzarətə götürə bilərik”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp İranla aparılan danışıqlar çərçivəsində 60 günlük müddətin başladığını da açıqlayıb. Onun sözlərinə görə, tərəflər bu müddət ərzində yekun razılığa gəlib-gəlməyəcəklərini müəyyənləşdirəcəklər.

ABŞ Prezidenti bildirib ki, qarşıdakı iki ay danışıqlar prosesinin taleyi baxımından həlledici olacaq.

“60 günlük seçim imkanım var. Bundan sonra isə istədiyim qərarı verə bilərəm”, – deyə Tramp əlavə edib.

Vaşinqton və Tehran arasında davam edən danışıqların nəticəsi, xüsusilə Hörmüz boğazının statusu, İranın nüvə proqramı və regiondakı təhlükəsizlik məsələləri baxımından beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.

Məqalədə: #ABŞ prezidenti Donald Tramp #Tramp İranla bağlı bəyanatları #Donald Tramp və Hörmüz #Donald Tramp və İran #Donald Tramp və İsrail

Mövzu üzrə digər xəbərlər

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

7 Sentyabr 19:25
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

7 Sentyabr 18:52
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
İran

ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir

7 Sentyabr 14:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.