7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ son 10 gündə Xuzistanda 95 məntəqəyə zərbə endirib

İran rəsmisi ABŞ-ın son 10 gündə Xuzistan vilayətində 95 məntəqəyə zərbə endirdiyini bildirib. Hücumların 12 rayonu əhatə etdiyi qeyd olunub. İranın məlumatına görə, zərbələr nəticəsində azı səkkiz mülki şəxs həyatını itirib. Xuzistan ölkənin əsas enerji mərkəzlərindən biri hesab olunur. Yaralıların sayı və dağıntının həcmi barədə dəqiq məlumat verilməyib. ABŞ bu iddialara hələlik münasibət açıqlamayıb. Məlumat müstəqil şəkildə təsdiqlənməyib. Regionda hərbi gərginlik artmaqda davam edir.

18 İyul 2026 18:30
ABŞ son 10 gündə Xuzistanda 95 məntəqəyə zərbə endirib

BAKI,VOA,Yusif Şərifzadə

İranın Xuzistan vilayətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavini Vəliullah Həyati bildirib ki, ABŞ son 10 gün ərzində ölkənin cənub-qərbində yerləşən Xuzistan vilayətində ən azı 95 nöqtəyə hava zərbələri endirib.

VOA xəbər verir ki, İranın "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, Həyati hücumların vilayətin 12 rayonunu əhatə etdiyini bildirib. O, bunu "düşmənin hədsiz cinayətkarlığının nümayişi" kimi qiymətləndirib.

İran rəsmisinin sözlərinə görə, zərbələr nəticəsində azı səkkiz mülki şəxs həlak olub. Yaralıların sayı və dağıntıların miqyası barədə isə ətraflı məlumat açıqlanmayıb.

Xuzistan İranın əsas neft və qaz ehtiyatlarının cəmləşdiyi strateji bölgələrdən biri hesab olunur. Vilayətdə ölkənin enerji infrastrukturu, neft emalı müəssisələri və mühüm sənaye obyektləri yerləşir.

ABŞ tərəfi İran rəsmisinin səsləndirdiyi bu iddialara hələlik rəsmi münasibət bildirməyib. Məlumat da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Son günlər ABŞ və İran arasında qarşıdurmanın kəskinləşməsi fonunda hər iki tərəfdən itkilər və hücumlarla bağlı ziddiyyətli açıqlamalar verilir. Bu isə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları daha da artırır.

Məqalədə: #İran #ABŞ #Yaxın Şərq #Enerji infrastrukturu #hava zərbələri #mülki itkilər #regional gərginlik #Xuzistan

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

6 Sentyabr 10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.