8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Qətər itkin düşən pilotlarımız barədə məlumat vermir - İran

İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiyanın sözlərinə görə, ABŞ-nin Qətərdə yerləşən "Əl-Udeyd" hərbi bazasına qarşı əməliyyatdan sonra itkin düşən Hərbi Hava Qüvvələrinin üç pilotunun axtarışı davam edir. O bildirib ki, Qətər tərəfi indiyədək onların taleyi ilə bağlı heç bir məlumata malik olmadığını iddia edir.

1 Avqust 2026 13:30
Qətər itkin düşən pilotlarımız barədə məlumat vermir - İran

BAKI,VOA, Fərid Mikayılov

İran ordusu Qətərin ABŞ hərbi bazasına endirilən zərbə zamanı itkin düşən üç iranlı pilotun taleyi barədə hələ də məlumat təqdim etmədiyini açıqlayıb.

VOA xəbər verir ki, İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiyanın sözlərinə görə, ABŞ-nin Qətərdə yerləşən "Əl-Udeyd" hərbi bazasına qarşı əməliyyatdan sonra itkin düşən Hərbi Hava Qüvvələrinin üç pilotunun axtarışı davam edir. O bildirib ki, Qətər tərəfi indiyədək onların taleyi ilə bağlı heç bir məlumata malik olmadığını iddia edir.

Əkrəminiya Qətər hökumətini və ordusunu beynəlxalq humanitar hüquq çərçivəsində daha məsuliyyətli davranmağa çağıraraq, itkin pilotların taleyinin aydınlaşdırılması üçün daha fəal əməkdaşlıq etməyə səsləyib.

O qeyd edib ki, araşdırmalar davam etsə də, üç pilotun taleyi hələ də naməlum olaraq qalır.

İran ordusu daha əvvəl ABŞ-nin istifadə etdiyi "Əl-Udeyd" aviabazasına martın 2-də təşkil edilən hücumda iştirak edən Su-24 bombardmançısının pilotu briqada generalı Məcid Kazeminin həlak olduğunu DNT analizinin təsdiqlədiyini açıqlayıb.

Məlumata görə, pilotun cənazəsi bir neçə ay sonra İrana qaytarılıb. Digər iki Su-24 bombardmançısının ekipajında olan üç pilotun taleyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Məqalədə: #ABŞ #Qətər #Tehran #İran ordusu #İran-İsrail-ABŞ müharibəsi #Əl-Udeyd

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

7 Sentyabr 22:07
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.