4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İranın problemləri dəfələrlə artıb, gəlirlərimiz isə azalıb - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibədən sonra ölkənin iqtisadi vəziyyətinin əvvəlki dövrlə müqayisədə daha da ağırlaşdığını bildirib. İran Prezidenti qeyd edib ki, idxal olunan məhsulların ölkəyə çatdırılması üçün daha uzun və mürəkkəb marşrutlardan istifadə olunması onların son qiymətinin artmasına səbəb olur.

15 Avqust 2026 11:59
İranın problemləri dəfələrlə artıb, gəlirlərimiz isə azalıb - Pezeşkian

BAKI, VOA, Fərid Mikayılov

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibədən sonra ölkənin iqtisadi vəziyyətinin əvvəlki dövrlə müqayisədə daha da ağırlaşdığını bildirib.

VOA xəbər verir ki, Pezeşkian bu barədə keçirilən toplantıda çıxışı zamanı deyib.

İran Prezidenti qeyd edib ki, idxal olunan məhsulların ölkəyə çatdırılması üçün daha uzun və mürəkkəb marşrutlardan istifadə olunması onların son qiymətinin artmasına səbəb olur.

Pezeşkian dövlət gəlirlərinin də əhəmiyyətli dərəcədə azaldığını vurğulayıb.

“Gəlirlərimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”, – deyə o bildirib.

İran Prezidenti ölkədəki sənaye müəssisələrinin zərər görməsinin də iqtisadi vəziyyətə mənfi təsir etdiyini qeyd edib. Onun sözlərinə görə, bir sıra fabriklərə ziyan dəyib və bu, dövlətin vergi gəlirlərinin azalmasına səbəb olub.

“Fabrikalardan vergi də toplaya bilmirik. Üstəlik, onların fəaliyyətini davam etdirə bilməsi üçün özümüz onlara vəsait ayırmalı oluruq”, – deyə Pezeşkian bildirib.

İran Prezidenti ölkədəki iqtisadi vəziyyəti xarakterizə edərkən “Problemimiz dəfələrlə artıb, gəlirlərimiz isə azalıb” deyib.

Məqalədə: #İsrail #İran #ABŞ #Məsud Pezeşkian #İran-ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.