5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Məkkədən Mədinəyə: İslamda İnsan Hüquqlarının Təməli

Bu məqalə İslamın bərabərlik, insan hüquqları və xüsusilə qadınların cəmiyyətdəki yeri ilə bağlı inqilabi yanaşmasını tarixi faktlar və peyğəmbərin nümunələri əsasında təqdim edir.

4 Aprel 2025 08:52
Məkkədən Mədinəyə: İslamda İnsan Hüquqlarının Təməli

BAKI,AzerVoice

Həzrət Məhəmməd
mütəvazi, nəzakətli, mərhəmətli xarakteri və başqalarının hislərinə qarşı həssas olmaq kimi xüsusiyyətləri nöqteyi-nəzərindən öz dövrünün digər liderlərinə bənzəmirdi. Quran bir çox ayədə onun “fani bir insan” və yalnız bir “elçi” olduğunu dəfələrlə vurğulayır.

Həyat yoldaşı Aişə onun öz evində adi, hər hansı sadə bir insan kimi davrandığını söyləyir. Öz xidmətçiləri də daxil olmaqla hamıya kömək edir, alış-verişə gedir, evini təmizləyir, başmaqlarını və paltarını tikir, dəvələrə su verirdi.

Mədinədə ictimai həyatda aktiv iştirak edir, şəhərin insanları ilə birlikdə çalışır və yemək yeyirdi. Hətta ilk məscidin tikintisində digər müsəlmanlarla birlikdə işləmişdi. Mədinəni hücumlardan qorumaq üçün xəndək qazıntısında peyğəmbər də iştirak etmişdi.
İslamın insana verdiyi yüksək səviyyəli dəyər hər kəsə məlumdur və həzrət Məhəmməd hansı səbəblə olursa olsun, irqçiliyin bizim inancımızda yeri olmadığını israrla vurğulamışdır. Rənglərindən asılı olmayaraq bütün insanlar bərabər hüquqa sahib olmuşdur. Afrikadan Bilal, İrandan Salman...
Quran hacıların “dünyanın ən ucqar bölgələrindən” Məkkəyə həcc üçün gəlmələrini buyurmuşdur. Bu ayə kiçik müsəlman cəmiyyətinin yeni qurulduğu və hər yerdə onları məhv etmək istəyənlərin mövcud olduğu bir dövrdə nazil olmuşdur.
Həzrət peyğəmbər “Vida xütbəsi”ndə İslamda irqi ayrıseçkiliyə yer olmadığını vurğulayır.
“Necə ki ərəbin qeyri-ərəbdən, qeyri-ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur, eləcə də qızıl dərilinin qaradərili üzərində, qaradərilinin də qızıldərili üzərində heç bir üstünlüyü yoxdur”. Petersə görə peyğəmbərin bu fikirləri “İslamın Şərqdəki qədim feodal qayda-qanunlarını yerlə bir edən bərabərlikçi xüsusiyyəti”dir.
Çünki İslam bu xüsusiyyəti ilə hökm sürdüyü hər yerdə bərabərlik üzərinə qurulmuş bir cəmiyyət yaratmışdır. “Bu dərin və güclü bərabərlik şüuru İslam ruhunun səciyyəvi xüsusiyyəti olmuş, onun dini, siyasi, hətta incəsənət və ədəbiyyat ənənəsini formalaşdırmışdır”.

İslam qadınların da cəmiyyətdəki rolunu və yerini müsbətə doğru dəyişdirmişdir. Qadınlara çox pis münasi- bət bəslənildiyi bir dövrdə İslamın hədsiz dərəcədə diqqət və qayğısı inqilabi bir inkişafın göstəricisi idi. Ərəbistanda qadına qarşı amansız münasibət hökm sürürdü. O dövrdə qız övladı üz qaralığı hesab edilir və yeni doğulmuş qızlar ataları tərəfindən diri-diri basdırılırdı. İnfantisid (yeni doğulan uşağı qəsdən öldürmə; körpə qatilliyi) İslamda qəti şəkildə qadağan edilmişdir.
Peyğəmbərimiz qadınların öz ərlərinin “vəsayət”i altında olmadıqlarını açıq şəkildə ifadə etmişdir. Qadınların qızlıq soyadını ərə getdikdən sonra da istifadə etmələri geniş yayılmış bir ənənə idi. Əsl böyük və inqilabi dəyişiklik isə kişilərin saysız-hesabsız qadına sahib olmaq istəklərinə sərhəd çəkilməsidir. Hətta Quranın “Nisa” surəsinin üçüncü ayəsində evliliyin ən ideal formasının bir qadınla evlənmə olduğu tövsiyə edilmişdir. Qadınlara həmin dövr üçün nadir hadisə olan boşama, nəfəqə və uşaqları üçün kömək alma hüquqları verilmişdir.
İslam başqa bir cəhətdən də inkişaf etmişdi. Qadınlar mülkiyyət və var-dövlət sahibi olma və onlara istədikləri kimi nəzarət etmə hüququna da sahib idilər. Xocsonun da qeyd etdiyi kimi, heç bir halda bir kişi həyat yoldaşının puluna müdaxilə etmə hüququna sahib deyildi, əksinə, ona və övladlarına baxmaq və bunları öz qazancı ilə yerinə yetirmək məsuliyyətini daşıyırdı. Qadınlar ərlərindən aldıqları cehizin xüsusi mülkiyyəti də daxil olmaqla mirasa varis olma hüququ da qazanmışdılar.
1882-ci ildə həyata keçirilən “Qadınların Mülkiyyəti Hərəkatı”na qədər İngiltərədə qadınların miras hüququ yox idi. Həzrət peyğəmbər “Vida xütbəsi”ndə bunu qısa şəkildə qeyd etmişdir: “Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərində haqları vardır”.
Peyğəmbərin qızı Fatimə və həyat yoldaşı Aişə bəlağətli danışıq qabiliyyətinə görə məşhur idilər. Fatimə, Aişə, peyğəmbərin yəhudi həyat yoldaşı Səfiyə və qız nəvəsi Zeynəb və Sükeynə siyasətdə iştirak etmiş və ilk müsəlman cəmiyyətinin problemlərinin həllində böyük köməklik göstərmişdilər.
Qadınlar İslam dünyasında yalnız dövlət işlərində iştirak etməklə kifayətlənməmiş, sultan olaraq ölkə də idarə etmişdilər. Məşhur xeyriyyəçilər arasında adı əfsanəyə çevrilmiş çox sayda müsəlman qadın var. Poeziya gecələrində kişi şairlərlə yarışan müsəlman qadın şairlər də var idi. Həmin qadınlar arasında incəsənət xadimləri, xəttatlar və musiqiçilərlə yanaşı, müəllimlər, həkimlər də var idi.

Məqalədə: #İslam irsi #Məkkə #Quran surəsi #İslam tarixi #Qurani-Kərim #islamafobiya #Həcc #İslam mədəniyyəti #Həcc ziyarəti #quranşünaslıq #Qurani-Kərim ayələri #Quran təfsiri #Məkkə və Mədinə #İslamda təfsir və təvil #Məkkə təfsir məktəbi #Quranda Məkkənin adı #Məkkə surələri #Quranın mesajları #Təfsir və Dini Məlumatlar #Qurani-Kərim və fitnə #Əmmar ibn Yasir Mədinəyə nə vaxt hicrət etdi?

Mövzu üzrə digər xəbərlər

İslam memarlığının 8 şah əsəri hansılardır?
İslam və Tarix

İslam memarlığının 8 şah əsəri hansılardır?

30 Avqust 09:16
İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
VOA analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.