6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

"Cin" sözünün ərəbcə mənşəyi və mənaları

Metafizik varlıqlar içində xüsusi yer tutan cinlər, adlarını daşıdıqları "cin" kəlməsi ilə dillərdə dolaşırlar.

27 İyun 2025 18:12
"Cin" sözünün ərəbcə mənşəyi və mənaları

BAKI,AzerVoice

Metafizik varlıqlar içində xüsusi yer tutan cinlər, adlarını daşıdıqları "cin" kəlməsi ilə dillərdə dolaşırlar. Bu sözün kökü ərəbcə c-n-n (ج ن ن) hərf kökünə dayanır və əsasən “örtmək”, “gizləmək” anlamlarını daşıyır. Elə bu səbəbdən, bu kökdən törəmiş bir çox digər sözlər də “örtülülük”, “gizlilik” və “qorunmaq” kimi mənalarla əlaqələndirilir. Aşağıda bu kökdən yaranmış əsas ifadələrin izahı təqdim olunur:

  1. Cənan (gecə) – Gecə, hər şeyi öz qaranlığı ilə örtüb gizlətdiyi üçün bu adla anılır. Qurani-Kərimdə “Cənnə” feilindən istifadə edilərək "qaranlıq düşdü" mənası verilir:
    “Gecə qaranlığı onu bürüdükdə, bir ulduz görüb…” (Ənam, 6/76)

  2. Cənən (qəbir və kəfən) – Ölünün bədənini örtən məkan və örtüyə bu ad verilir. Həm qəbir, həm də kəfən “örtülülük” ideyasını əks etdirir.

  3. Cənan (ürək) – Ürək insanın daxilində, gizli və görünməyən bir orqandır. Ona görə də "cənan" sözü ilə ifadə olunur. Bəzi klassik mətnlərdə sevgiliyə də “cənanım” deyilməsi bu mənaya işarədir.

  4. Əl-micənnu (qalxan) – Döyüşçünü düşmənin zərbələrindən qoruyan vasitə olduğu üçün, bu da “gizlətmə” mənasına uyğun bir addır.

  5. Əl-cünnətu (örtü, sədd) – Bu söz həm fiziki örtük, həm də mənəvi qoruyucu məna daşıyır. Məsələn, ibadətlərdən biri olan oruc haqqında “əs-səvmu cünnətun” – “oruc bir qalxandır” hədisi işlədilir. (Buxari, Savm 2 və b.)

  6. Cənan (paltar) – İnsanı örtən və bədənini gizlədən geyimə də bu söz işlədilir.

  7. İctinan (örtünmə, gizlənmə) – Bu da kökdəki "gizlənmək" mənasını daha konkret hərəkət olaraq əks etdirir.

  8. Cənan (gizli işlər) – Hər hansı bir plan, sirr və ya niyyətin zahirdə bilinməməsi bu sözdə əks olunur. Bütün “gizli fəaliyyətlər”ə aid bir anlayışdır.

  9. Əl-cünnətu (zireh) – Bədəni qoruyan, döyüş zamanı insanı gizlədən və təhlükədən qoruyan zireh də bu adla tanınır. Ən maraqlısı isə budur ki, bəzi rəvayətlərdə qadınların üz örtüyü də “cünnə” adlandırılır.

  10. Əl-cənnətu (Cənnət) – Eyni kökdən yaranan bu söz, əsasən “ağaclarla örtülü, sıx bağ” mənasına gəlir. Əbədi aləmə aid olan Cənnət, həm ağacların bir-birinə keçməsi ilə örtülü bir bağ, həm də duyğularla dərk olunmayan bir aləm olduğu üçün bu adla anılır.

  11. Məcnun (dəli) – Bu kəlmə də “cin” sözündən törəmişdir. “Cinlənmiş”, yəni ağlı cinlər tərəfindən örtülmüş və ya bürünmüş insan deməkdir. Ərəb dilində “məcnun” ağlını itirmiş, təsiri altına düşmüş insanı ifadə edir. (İsfahani, Müfrədat, s. 203; İbn Manzur, Lisanul-Ərəb, c. XIII, s. 93–100)

“Cin” sözünün özü və eynikökdən törəmiş digər sözlər ərəb dilində müxtəlif obyekt və anlayışların "örtülülüyü", "qorunması" və ya "gizlənməsi" ilə bağlı məna daşıyır. Bu isə islam mədəniyyətində cin anlayışının niyə görünməz, gizli və fövqəltəbii bir varlıq kimi təsvir edildiyini daha yaxşı anlamağa kömək edir.

Məqalədə: #Sual-cavab #Cin sözünün mənası nədir? #cinlər #Şeytanın cinsiyyəti #İblis və cinlər #Cinlərin cinsiyyəti #İslamda cinlər #Cinlər və şeytanlar #Cinlər haqqında inanclar #Tarixi cin inancları #Qədim mifologiyada cinlər #Cinlərdən qorunma yolları #Cin nə deməkdir #Cin kəlməsi ərəb dilində #Ərəb dilində cin kökü #Cənan nədir #Məcnun sözünün mənası #Əl-cünnətu #Cinlər və örtülülük #Cin və metafizik mənalar #Cənnət sözünün mənası #Oruc və cünnət #Qalxan ərəb dilində #İslamda cin anlayışı #Ərəb dilində gizli mənalar

Mövzu üzrə digər xəbərlər

İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Tehranın Böyük Şeytanla imzaladığı müqavilənin detalları – İran kimə və necə xəyanət etdi?
ArabAZ təhlil mərkəzi

Tehranın Böyük Şeytanla imzaladığı müqavilənin detalları – İran kimə və necə xəyanət etdi?

15 İyun 11:56
Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər
İslam və həyat: Şəriət sualları

Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər

14 İyun 10:51

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.