13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Qazaxıstanda İslam bankçılığının payı 420 milyon dollara çatıb

27 İyun 2024 14:38
Qazaxıstanda İslam bankçılığının payı 420 milyon dollara çatıb

Bakı, VOA

Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədr müavini Oljas Kizatov Qazaxıstanın bank aktivlərinin ümumi həcmində İslam banklarının payının 195 milyard tenge (419,2 milyon dollar) çatdığını bildirib.

VOA xəbər verir ki, o bunu Avrasiya İnkişaf Bankının (AİB) Almatıda keçirilən biznes forumu çərçivəsində “Mərkəzi Asiyada İslam Maliyyəsi” sessiyasında çıxışı zamanı deyib.

"İslam maliyyəsinin inkişafı əhalinin standart alətlərdən istifadə edə bilməyən geniş təbəqələri üçün maliyyə inklüzivliyinin və İslam maliyyəsinə çıxış imkanlarının artırılmasına kömək edir. Qazaxıstan İslam banklarının fəaliyyəti üçün zəruri qanunvericilik bazasını yaradıb. Bu günə kimi Qazaxıstanda iki İslam bankı fəaliyyət göstərir. 2024-cü il mayın 1-nə islam banklarının ümumi bank aktivlərindəki payı 195 milyard tenge təşkil edib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanda islam maliyyəsinin inkişafı, bank sektorunda rəqabətin artması və iqtisadiyyata kredit qoyuluşunun həcminin genişləndirilməsi üçün “İslam pəncərələri” çərçivəsində klassik universal banklar tərəfindən islam maliyyəsinin həyata keçirilməsi imkanlarının yaradılması nəzərdə tutulur.

"Qazaxıstanda islam bankları əsasən korporativ sektorun kreditləşdirilməsi ilə məşğuldur. İqtisadiyyatın sektorları baxımından İslam banklarının kredit portfelinin 23 faizi topdan və pərakəndə ticarətin, 17 faizi emal sənayesinin, 15 faizi isə tikintinin payına düşür”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən Avrasiya İnkişaf Bankının (AİB) Biznes Forumunda “Mərkəzi Asiyada İslam Maliyyəsi” mövzusunda birinci sessiya keçirilib.

Sessiya iştirakçıları Mərkəzi Asiya dövlətlərində layihələrin maliyyələşdirilməsinin fundamental prinsiplərini müzakirə etmiş, bununla bağlı problemlər və onların həlli mexanizmlərini nəzərdən keçirmişlər.

Qeyd edək ki, Dünya bank aktivlərində İslam maliyyəsi sektoru, 2024-cü ilin əvvəlinə olan məlumatlara görə, iki faizdir, lakin bu, artıq 4 trilyon dollardır və sürətlə artmağa davam edir. Həqiqətən də, 2015-2021-ci illər ərzində qlobal miqyasda İslam aktivləri 10,5 faiz orta illik artım tempi ilə ənənəvi maliyyə aktivlərinin 5,8 faizlik artım tepmi arasındaki müqayisədə öz inkişaf trendini göstərir.

Həmçinin, İslam bankları hazırda 40-dan çox ölkədə güclü mövqe qazanıb və klassik kredit təşkilatları ilə səmərəli rəqabət aparmağa çalışırlar.

Qazaxıstanda İslam bankçılığının payı 420 milyon dollara çatıb
Məqalədə: #Qazaxıstan #islam bankçılığı

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Qazaxıstan

Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

28 Avqust 16:03

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.