4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə öz siyasi oxunu heç vaxt dəyişməyib - Ərdoğan

10 Yanvar 2024 17:07
Türkiyə öz siyasi oxunu heç vaxt dəyişməyib - Ərdoğan

Bakı. AzerPress:

Türkiyə öz siyasi oxunu heç vaxt dəyişməyib.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə öz siyasi oxunu heç vaxt dəyişməyib. Daxili və xarici siyasətdə hər qərarı tamamilə özümüz veririk. Azərbaycanlı qardaşlarımızla Qarabağın işğaldan azad edilməsi, Liviyanın qanuni hökumətinə dəstək , vətənimizin qorunmasında göstərdiyimiz güclü iradə bunlardan biridir. Bütün bu uğurlar ordumuzun, polisimizin, Xarici İşlər Nazirliyinin və digər qurumların, xüsusən də MİT-in səyi, mübarizəsi və zəhmətinin nəticəsidir",- deyə Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, dünya Rusiya-Ukrayna müharibəsi ilə sarsıldı. Geosiyasət ön plana çıxmağa başladı. Təhlükəsizlik konsepsiyalarında da köklü dəyişikliklər baş verdi. Müdafiə xərclərini israfçı və dövlət büdcəsinə yük kimi görən dövlətlər son 1-2 ildə silahlanma yarışına giriblər. Mühafizə bölmələrinin vəzifə dairəsini daraltmaqdan danışanlar, bu gün mühafizə şuralarına qeyri-məhdud səlahiyyətlər verirlər. Keçmişdə bizi tənqid edənlər indi bizi qiymətləndirirlər. 80 faizi xarici mənbələrdən asılı olduğumuz müdafiə sənayesi, bu gün ən yüksək əlavə dəyərə malik ixraca çevrilib.

"Qarşıdakı dövrdə biz Milli Təhlükəsizlik Təşkilatımızın kadr potensialını daha da gücləndirəcəyik. Son zamanlar qeyri-qanuni miqrasiya, radikallaşma, mütəşəkkil cinayətkarlıq, ksenofobiya, islamofobiya kimi yeni təhlükələr də qurumumuzun radarına daxil olub. İsrailin ölkəmizdəki casusluq şəbəkəsini üzə çıxaran təşkilatımız, bizi təhdid edənlərə çox açıq cavab verdi”,- deyə Türkiyə prezidenti əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
VOA analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.