14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib

15 Yanvar 2024 10:37
Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib

Bakı. AzerPress:

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

AzerPress xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək.

İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.

Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb.

Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb.

Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb.

Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
18:07
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.