6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - İstintaqını DTX aparacaq

24 Yanvar 2024 09:27
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - İstintaqını DTX aparacaq

Bakı. AzerVoice:

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

AzerVoice-in məlumatına görə, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməllərə görə beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılıb.

Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.

Məqalədə: #DTX

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb
Siyasət

Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

22 İyul 20:00
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
Siyasət

Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib

27 May 21:51
“Yolun yarısında” sənədli filmi nümayiş olundu
Cəmiyyət

“Yolun yarısında” sənədli filmi nümayiş olundu

28 Mart 21:56
Azərbaycan təhlükəsizlik orqanları 107
Cəmiyyət

Azərbaycan təhlükəsizlik orqanları 107

28 Mart 12:34

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.