12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub - Ərdoğan

7 Fevral 2024 21:40
Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub - Ərdoğan

Bakı. AzerVoice:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Azərbaycanda keçirilən seçkilərdən inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubunda dövlətimizin başçısına türk milləti və şəxsən öz adından səmimi təbriklərini çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.

Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.

Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”.

Türkiyə Prezidenti seçkilərdə zəfərin həm qardaş Azərbaycan xalqı, həm də bölgə üçün xeyirli olmasını diləyib, dövlətimizin başçısına ali vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub - Ərdoğan
Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
İslam və Tarix

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları

11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
Ərəb turizmi

BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır

10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır

10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
Avto İcmal və Testlər

701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı

10:11

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.