Bakı. AzerVoice:
ABŞ-ın Kaliforniya ştatında göyərtəsində beş dəniz piyadasının olduğu hərbi helikopter yoxa çıxıb.
AzerVoice-nin məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrindən yazılı açıqlama verib.
Açıqlamada Kaliforniya axtarış-xilasetmə qruplarının itən helikopteri axtardığı bildirilib.
Qeyd olunub ki, CH-53E Super Stallion tipli helikopter Las-Veqas yaxınlığındakı Creech Hava Qüvvələri bazasından havaya qalxaraq, dünən gecə gəlməsi lazım olan Miramar Dəniz Piyadaları Hava Stansiyasına çatmayıb.
Kaliforniya xilasetmə qruplarının itkin vertolyotun son görüldüyü nöqtəyə çatdığı, lakin heç bir şey tapa bilmədiyi bildirilib.
Ştatda təsirli olan atmosfer çayı fırtınası zamanı ağır yük daşıyan vertolyot kimi tanınan və təchizat, əsgər və avadanlıq daşımaq üçün istifadə edilən təxminən 30 metr uzunluğundakı CH-53E-nin hansı missiyanı yerinə yetirdiyi ilə bağlı heç bir açıqlama verilməyib.
Hafiz Rufizoğlu