5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ Konqresinin Türkiyəyə F-16 satışını təsdiqləməsi mühüm addımdır - Səfir

11 Fevral 2024 13:16
ABŞ Konqresinin Türkiyəyə F-16 satışını təsdiqləməsi mühüm addımdır - Səfir

Bakı. AzerVoice:

ABŞ Konqresinin Türkiyəyə F-16 satışını təsdiqləməsi mühüm addımdır.

AzerVoice-nin məlumatına görə, bu barədə ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk bildirib.

“ABŞ Konqresinin Türkiyənin 40 yeni və 79 modernləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış mühüm addımdır. Türkiyənin F-16 donanması NATO-nun gücü üçün həyati əhəmiyyət kəsb edir və gələcəkdə müttəfiqlərin qarşılıqlı fəaliyyətini təmin edir.” - deyə səfir qeyd edib.

Məlumat üçün qeyd edək ki, yanvarın 26-da F-16-ların Türkiyəyə satışı ilə bağlı ABŞ rəhbərliyinin Konqresə göndərdiyi rəsmi bildirişin ardından qanunla müəyyən edilmiş 15 günlük araşdırma müddəti satışı dayandıracaq heç bir maneə olmadan tamamlanıb.

ABŞ Dövlət Departamentinin yanvarın 26-da Konqresə göndərdiyi rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz prosesində yalnız Kentukki senatoru Rand Paulun Senata təqdim etdiyi etiraz gündəmə gətirilib.

Paulun təqdim etdiyi qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, orada qanun layihəsi ilə bağlı heç bir tədbir görülməyib.

Beləliklə, ABŞ administrasiyasının rəsmi xəbərdarlığından sonra Konqresdəki 15 günlük müddət dünən axşam ABŞ vaxtı ilə başa çatdı və ABŞ Silah İxracına Nəzarət Qanununa (AECA) uyğun olaraq müvafiq qurumlar arasında satış prosesinin başlaması üçün heç bir maneə qalmayıb.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 yeni F-16 Block 70 döyüş təyyarəsi və inventarında olan 79 təyyarə üçün modernizasiya dəsti tələb etmişdi.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Türkiyə #ABŞ

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.