8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də “Ecumene” Qlobal Forumu tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan plenar iclasda çıxış edib.

15 Noyabr 2024 23:26
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib

Bakı. AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də “Ecumene” Qlobal Forumu tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan plenar iclasda çıxış edib.

AzerVoice xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla Əliyeva, qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Leyla Əliyeva çıxışında Azərbaycanda su resurslarının dayanıqlı idarə edilməsinə dair bir sıra məqamlara toxunub. Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən yaxın illər ərzində yaradılması nəzərdə tutulan 10 su anbarı barədə plenar iclas iştirakçılarına məlumat verilib.

Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeyd edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdə biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox endiyi bildirilib. Leyla Əliyeva qeyd edib ki, “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilib.

Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyi tərəfindən su resurslarının mühafizəsi istiqamətində görülən tədbirlərə toxunub. Bildirilib ki, “Zəngin hövzələr” layihəsi çərçivəsində müxtəlif növ milyonlarla balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə buraxılıb. “Bir damcı” layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib.

Qeyd edək ki, plenar iclasda həmçinin BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa, BMT-nin Ətraf Mühit Proqramının keçmiş icraçı direktoru Erik Solheym, Rusiya Federasiyası prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, Çeçenistan Respublikası başçısının və hökumətinin administrasiyası rəhbərinin birinci müavini – Çeçenistan Respublikasının naziri Xədicat Kadırova və Ümumrusiya təbiətin mühafizəsi cəmiyyətinin Mərkəzi Şurasının sədri Vyaçeslav Fetisov iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Ecumene” Qlobal Forumunun plenar iclasında iştirak edib
Məqalədə: #Leyla Əliyeva

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 12:53

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.