5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

COP29-un Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” mövzusunda sessiya keçirilib

COP29 konfransı çərçivəsində Mavi Zonada keçirilən yüksək səviyyəli danışıqlarla yanaşı Yaşıl Zonada da müvafiq proqram üzrə silsilə tədbirlərin təşkili davam edir. Belə ki, noyabrın 21-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti tədbirini təşkil edib.

21 Noyabr 2024 22:35
COP29-un Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” mövzusunda sessiya keçirilib

Bakı. AzerVoice

COP29 konfransı çərçivəsində Mavi Zonada keçirilən yüksək səviyyəli danışıqlarla yanaşı Yaşıl Zonada da müvafiq proqram üzrə silsilə tədbirlərin təşkili davam edir. Belə ki, noyabrın 21-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti tədbirini təşkil edib.

AzerVoice xəbər verir ki, “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” adlı panel sessiyasında iqlim dəyişmələrinin artan təsirlərinə qarşı mübarizədə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) qarşılaşdıqları çətinliklər müzakirə olunub. Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serimin moderatorluğu ilə keçirilən müzakirə sessiyasında Millətlər Birliyi təşkilatının Baş katibi baroness Patrisiya Skotland, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Dr. Maina Talia, “ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Dr. Rebekka Nadin, Birləşmiş Millətlər Təşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Azərbaycan Respublikasının Kosmik Agentliyi “Azərkosmos”un Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov iştirak ediblər.

Panel sessiyası zamanı qeyd edilib ki, dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələrindən tutmuş mühüm ekosistemlərin itkisinə qədər meydana çıxan problemlər kiçik ada dövlətlərini xüsusilə həssaslaşdırır. İqlim dəyişmələrinin bu dövlətlər üçün yaratdığı sosial və iqtisadi nəticələr, o cümlədən köç, dolanışıq itkiləri, həmçinin dəniz və sahil resurslarına əsaslanan iqtisadiyyatların zəifləməsi kimi məsələlər tədbirdə müzakirə mövzusu olub. Sessiyada hemçinin təbii ekosistemlərin deqradasiyasının həm bioloji müxtəliflik, həm də köklü icmaların dolanışığı üçün yaratdığı təhlükə və digər bu kimi mühim məsələlərə toxunulub.

Panelistlər müzakirə zamanı iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizə üçün davamlı monitorinqin aparılması və onun nəticələrinə uyğun addımların atılmasının vacib olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, iqlimə dayanıqlı infrastrukturun yaradılması, gənc nəslin lazımi bilik və bacarıqlara yiyələnməsi və gələcəyə hazırlanması ilə yanaşı, yerli uyğunlaşma imkanlarının artırılması və ekosistemlərin qorunmasını icma yönümlü həllərlə birləşdirmək üçün strategiyaların hazırlanması bu mübarizədə ciddi əhəmiyyət kəsb edir.

COP29-un Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” mövzusunda sessiya keçirilib COP29-un Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” mövzusunda sessiya keçirilib COP29-un Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” mövzusunda sessiya keçirilib
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.