7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Beynəlxalq Aeroportunun 2024-cü il üçün nəticələri və nailiyyətləri

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.

13 Yanvar 2025 11:32
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2024-cü il üçün nəticələri və nailiyyətləri

Bakı,AzerVoice

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.

Bu barədə AzerVoice-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Rekord göstəricilər

2024-cü ildə hava limanı 7,537 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir. İl ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.

Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb.

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24% çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.

Beynəlxalq tanınma

2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalq arenada da əlamətdar olub:

Skytrax World Airport Awards tərəfindən "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb.
Üçüncü dəfə ardıcıl olaraq "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı Heyəti" nominasiyasında qalib gəlib.
Aeroport Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olaraq qabaqcıl standartlara və innovativ texnologiyalara çıxış əldə edib.

Modernizasiya və innovasiyalar

Strateji inkişaf planı çərçivəsində hava limanında mühüm infrastruktur layihələri icra edilib:

Beynəlxalq standartlara uyğun uçuş-enmə zolaqlarından birinin tamamilə yenidən qurulması;
Ümumi uzunluğu 4,332 metr olan yeni sürmə yollarının tikintisi və əsaslı təmiri həyata keçirilib.

Sərnişin təcrübəsini yaxşılaşdırmaq məqsədilə müasir uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Self-service Baggage Drop-Off) üçün özünəxidmət köşkləri quraşdırılıb ki, bu da gözləmə müddətini qısaltmaq, uçuş öncəsi prosedurları sadələşdirmək və sərnişinlər üçün səyahəti daha çevik və rahat edir.

Ekoloji məsuliyyət

Hava limanı ətraf mühitin qorunması və ekoloji dayanıqlığın təmin olunması istiqamətində də fəal iş aparır:

Karbon qazı tullantıları 8% azaldılıb.
Sistemlərin modernləşdirilməsi nəticəsində 260 kVt/saat elektrik enerjisinə qənaət edilib.
Hava limanı Airport Carbon Accreditation (ACA) proqramının ikinci səviyyəsi olan "Azaltma" (Reduction) mərhələsinə nail olub.

Qeyd edək ki, 2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi yolu ilə xidmət keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlik standartlarının gücləndirilməsi və aviasiya əməliyyatlarının təhlükəsizliyinin prioritet olaraq saxlanılması, eləcə də karbon izinin daha da azaldılması və ekoloji cəhətdən təmiz həllərin tətbiq olunması istiqamətində inkişafını davam etdirəcək.

Məqalədə: #Heydər Əliyev Beynəlxalq Aeroportu

Mövzu üzrə digər xəbərlər

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Siyasət

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

22 İyun 09:58
Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib
Siyasət

Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib

17 May 16:48
Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib
Siyasət

Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib

17 May 10:12
Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib
Siyasət

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

16 May 17:17

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.