8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Taliban və HTŞ axasında oxşar və fərqli cəhətlər

Burada sual yaranır: "Heyət Təhrir əl-Şam" hökuməti ilə Taliban arasındakı fərq nədir?

17 Yanvar 2025 09:00
Taliban və HTŞ axasında oxşar və fərqli cəhətlər

BAKI,AzerVoice
Suriayda BƏƏS partiyasının squtundan bə Bəşşar Əsədin Rusiayay qaçıçından bir aydan bir az vaxt keçir. Qedy etmək lazımdır ki , Əsədin devrilməsi bütün dünya üçün, elə Əsədin özü üçün də sürpriz oldu. Mqəalədə Əsədin devrilməsində Türkinin önəmli rolunundan danışmaq məsədimiz yoxdur.
Əsədin ölkədən qaçması və Heyət Təhrir əl-Şamın hakimiyyətə gəlməsi hardasa, Talibanın Amerikanları Aəfqanıstanda qovmasına bənzədi. Lakin bütün bunlara baxmayaraq heç sübhəsiz Suriya iləƏfqanıstan arasında olduqxa ciddi fərqin olduğunu söyləyə bilərik.

"Heyət Təhrir əl-Şam" özünü Suriya hökuməti olaraq möhkəmləndirmək üçün addımlar atdı və Suriyada əhalisinin əksəriyyətini təşkil edən sünni müsəlmanlardan təmsilçi olaraq beynəlxalq tanınma əldə etməyə çalışır. Təşkilatın əleyhidarları isə, obu, silah gücü ilə özünü qəbul etdirən faktiki bir hökumət kimi görürlər. Taliban və Heyət Təhrir əl-Şam arasında bənzərliklər olsa da, fərqliliklər də olduqca çoxdur.
"Heyət Təhrir əl-Şam"ın təcrübəsi fərqlidir, çünki o, Suriyanın şimalında, İdlib bölgəsini idarə edirdi. Buna görə də, "Heyət"in İdlibdəki təcrübəsini bütövlükdə Suriya ərazisinə genişləndirmə niyyəti ilə bağlı suallar yaranır. Hərəkətin lideri, bir bütün ölkəni idarə etməyin, kiçik bir bölgəni idarə etməkdən fərqli olduğunu təsdiqlədi, amma bu fərqin nədə olduğunu açıqlamadı.

"Əl-Ərəbiya" kanalına verdiyi müsahibəsində, Colani, Suriyanın gələcəyinin milli hakimiyyətin əlində olacağını vurğuladı. Əslində bu olduqca müsbət bir bəyanatdır.
Çünki "Heyət" keçid hökumətinin bütün nazirlərini öz üzvlərindən təyin edib. Həmçinin, eyni müsahibədə Colani, bunun məqsədinin keçid dövründə razılaşma və sabitlik əldə etmək olduğunu bildirdi, bu qeyd edib ki, bu dövr ən azı dörd il davam edəcək ki, Suriyada xalqın müxtəlif təbəqələrinin istəklərini əks etdirən bir hökumətin formalaşdırılması üçün seçkilər keşirilməlidir.

Məqsəd açıqdır, çünki "Heyət Təhrir əl-Şam" dörd il müddətində tam hakimiyyəti əlində saxlamağı planlaşdırır və ərəb respublikalarının siyasi dilində, bu müddət "national interest" (milli maraq) tələb etdiyi təqdirdə uzadıla bilər; və bu, təbii olaraq, hakim partiya tərəfindən müəyyən ediləcəkdir.

Burada sual yaranır: "Heyət Təhrir əl-Şam" hökuməti ilə Taliban arasındakı fərq nədir?

Talibanın, seçilmiş hökumətə hakimiyyəti təhvil vermək vədinin olmaması faktı, hərəkətin öz legitimliyini xarici qüvvələrin qurduğu siyasi rejimdən "hakimiyyəti bərpa etməsi" ilə əsaslandırmasına uyğun gəlir. Bu halda, Əfqanıstanda Taliban hökumətinə qarşı çıxacaq afqan qüvvələri yoxdur. Lakin Suriyada vəziyyət fərqlidir, çünki "Heyət" Suriyada ilk dəfə olaraq dövlətin idarəsini əlində tutur, və burada həm silahlı, həm də mülki olan Suriya qüvvələri var ki, onlar ölkənin idarəetmə formasına dair öz arzularını təmsil edirlər.

Nəticə etibarilə; Taliban, Əfqan xalqının əksəriyyətini təşkil edən Pəştun qəbilələrinin ibarət sərt düşüncə təmsilçisidir, "Heyət Təhrir əl-Şam"ın sərt ideologiyası baxmayaraq, dünyəvi toplumal uzlaşmağa çalışan bir hərəkatdır.

Məqalədə: #Təhlil

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
ArabAZ təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır
ArabAZ təhlil mərkəzi

İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

24 Noyabr 2025 12:24
Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir
İslam və Tarix

Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

14 Noyabr 2025 15:00

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.