7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Suriyada sülhə kim və necə təhdid yaradır…?

3 Fevral 2025 09:00
Suriyada sülhə kim və necə təhdid yaradır…?

BAKI,AzerVoice

Yeni Suriya ilə bağlı ən mürəkkəb məsələlərdən biri, Əhməd əl-Şaraanın rəhbərlik etdiyi Heyət Təhrir əş-Şam (HTŞ) ilə Mazlum Abdi rəhbərliyindəki ( PKK terror təçkilatının Suriya qolu ) Suriya Demokratik Qüvvələri (SDQ) arasındakı münasibətlərin gələcəyidir.
Bu məsələ hərbi, etnik, ideoloji və siyasi problemləri, eyni zamanda regional və beynəlxalq geosiyasi çərçivələri əhatə edir. Bu mövzunun nəticəsinin, həm təhdidlər, həm də danışıqlar baxımından Əsəd sonrası Suriyanın gələcəyini müəyyənləşdirəcək əsas faktorlardan biri olduğunu söyləmək olar.

Bəşşar Əsədin devrilməsindən sonra Suriya iki əsas bölgəyə bölündü. Birinci bölgə, ölkənin ən böyük hissəsini əhatə edir və Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni idarənin nəzarəti altındadır. Bu bölgədə yeni idarəyə sadiq qalan, Suriya yeni ordusu ilə əməkdaşlıq edən və ya ona qoşulmaq yolunu seçən qruplar yerləşir.

İkinci bölgə isə Suriya ərazilərinin təxminən dörddə birini əhatə edir və terrorçu Mazlum Abdi rəhbərliyindəki SDQ nəzarəti altındadır. Terrorçuların nəzarətində olan bu ərazi özünüidarəetmə, inzibati struktur, həmçinin ölkənin neft, qaz, taxıl və su ehtiyatlarının böyük bir hissəsini ehtiva edir. Həmçinin, bu bölgə Türkiyə, İraq və İraq Kürd Muxtar Bölgəsi ilə sərhədlərə malikdir.

Mövzunun həssaslığı nəzərə alınaraq Əhməd əl-Şaraa ilə Mazlum Abdi arasında gizli bir görüş keçirilib, lakin bu görüşün təfərrüatları artıq məlumdur. Şamda baş tutan bu görüş iki tərəf arasındakı fikir ayrılıqlarının dərinliyini üzə çıxarıb.

Yeni Suriya rəhbərliy, SDQ-nin özünü buraxmasını və 70 minlik döyüşçüsünün yeni Suriya ordusuna qoşulmasını tələb edir. Bundan əlavə, PKK-nın Suriyalı olmayan onlarla rəhbərinin ölkədən çıxarılmasını, türkiyəli rəhbərlərin isə Ankaraya təslim edilməsini istəyir.

Şaraa idarəsi, yerli özünüidarəni ləğv etməklə yanaşı, strateji sərvətlərin Dəməşqə qaytarılmasını, həmçinin Suriya-Türkiyə və Suriya-İraq sərhədlərinin, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya ilə əlaqələrin, İŞİD üzvlərinin və onların ailələrinin saxlanıldığı həbsxana və düşərgələrin idarəsinin yeni hakimiyyətə təhvil verilməsini tələb edir. Bununla yanaşı, kürdlərin hüquqlarını tanımağa hazır olduğunu da bildirir.

Şaraa ilə görüşən Qamışlı heyəti, yeni ordu daxilində hərbi bir blok olaraq SDQ-nin və özünüidarəetmə strukturunun qorunmasını, əsgərlərinin ölkənin şimal-şərq bölgələrində xidmət etməsini, strateji sərvətlərdən sabit bir pay əldə etməyi və sərhədlər üzərində hərbi nəzarətin davam etdirilməsini istəyib.
Eyni zamanda Baş Nazirlik və Xarici İşlər Nazirliyi qurumlarına kürdlərin iştirakı və anayasada kürdlərin hüquqlarına dair açıq bir maddənin yerləşdirilməsi tələbi irəli sürülüb.

Abdi, yeni Suriya hakimiyyətini qəbul etməklə, yanaşı, mülki sərhəd qapılarının Dəməşqə təhvil verilməsi, Qamışlı və Həsəkə şəhərlərindəki köhnə rejimin nəzarətində olan “təhlükəsizlik zonalarının” nəzarətinin yeni hakimiyyətə təhvil verilməsi kimi bir sıra etimad artırıcı addımlar atılmasını qəbul edib.
Digər tərəfdən tərfələr bundan sonra da görüşlər və dialoqun aparılmasında razılıq veribsələr də qıssa bir müddət ərzində müzakirə masasına əlavə elementlərin daxil olmasına səbəb olan bəzi hadisələr baş verib:

Birincisi, Kürd lideri Məsud Barzani, Türkiyə ilə koordinasiyalı şəkildə Ərbildə Mazlum Abdini qəbul edərək, onu Suriyadakı kürd qüvvələrini birləşdirməyə və PKK-nın qolu kimi deyil, Suriyanın bir hissəsi kimi müzakirələrə davam etməyə təşviq etdi.

İkincisi, Ankara ilə PKK Lideri Abdullah Öcalan arasındakı danışıqların gedişi və təxminən 25 il əvvəl, 15 fevralda tutulub həbs olunmasının ildönümündə bir Kürd-Türk açıqlaması etmək ehtimalı.

Üçüncüsü, ABŞ-ın yeni Xarici İşlər Naziri Marco Rubio, Donald Trump administrasiyasının Suriyalı kürdləri dəstəkləməyə və onların yanında durmağa davam edəcəyini açıqlaması.

Suriyada ciddi müharibə təhdidi hələ də olmasına baxmayaraq, sülhə inam tam olaraq itməyib.

Məqalədə: #PKK #Suriya #Təhlil

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.