5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İndoneziyanın Mərkəzi Bankı Ramazan xütbələrində inflyasiya ilə bağlı maarifləndirmə aparır

İndoneziyanın Mərkəzi Bankı, Ramazan ayında həddindən artıq istehlakın qarşısını almaq və inflyasiya idarəçiliyini təşviq etmək üçün din xadimlərindən istifadə edərək insanları maarifləndirmək strategiyası həyata keçirir.

11 Mart 2025 18:02
İndoneziyanın Mərkəzi Bankı Ramazan xütbələrində inflyasiya ilə bağlı maarifləndirmə aparır

BAKI,AzerVoice

İndoneziyanın Məcəlenqka şəhərində Ramazan ayında oruclarını açmağa hazırlaşan din xadimləri qeyri-adi bir maarifləndirmə sessiyasına qatılıblar. AzerVoice xəbər verir ki, burada ölkənin Mərkəzi Bankının rəsmisi və iki müsəlman din alimi inflyasiya mövzusunda məruzə edib.

Bu tədbir, Bank İndoneziyanın Ramazan ayı boyunca həddindən artıq istehlakın qarşısını almaq üçün dini xətibləri maarifləndirmə strategiyasının bir hissəsi olub. İndoneziya, inflyasiya tarixi ilə tanınan bir ölkədir və Ramazan ayı ərzində artan tələbat qiymət artımına səbəb ola bilər.

Son on ildə hökumət ərzaq paylanmasını və təchizat zəncirini gücləndirərək inflyasiyanı nəzarət altına alıb. Bununla belə, Mərkəzi Bank qiymət sabitliyinin qorunmasının vacibliyini vurğulamağa davam edir.

Məcəlenqkanın baş bank rəsmisi Aqunq Budilaksono din alimlərinə müraciət edərək:
"Ümid edirik ki, siz din alimləri olaraq inflyasiya idarəçiliyinin ümumi bir məsuliyyət olduğunu insanlara çatdıracaqsınız.Əgər inflyasiya çox yüksəkdirsə, uzunmüddətli dövrdə iqtisadi sağlamlığı məhv edər. Əgər çox aşağıdırsa, iqtisadiyyat zəifləyər"-deyib

Ramazan ayı İndoneziyada və digər müsəlman ölkələrində bayram öncəsi tələbatın pik həddə çatdığı bir dövr sayılır. Əhalisinin 280 milyonluq əksəriyyəti müsəlman olan ölkədə, inflyasiya idarəçiliyində İslam din xadimlərinin mühüm rolu var.

Xüsusilə Jakartadan üç saatlıq məsafədə yerləşən Məcəlenqka kimi kiçik şəhərlərdə və uzaq bölgələrdə, din xadimləri xalq arasında böyük nüfuza malikdirlər. Forumda çıxış edən 53 yaşlı din alimi Məhəmməd Padil
"Ramazan ayında insanların tələbatı artır, buna görə də insanlara orucun əsas məqsədinin nəfsimizi idarə etmək olduğunu xatırlatmalıyıq."- deyə qeyd edib.

Bir zamanlar Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatında inflyasiya ciddi problem idi. Lakin 2024-cü ildə bu göstərici 1.57 faiz olub ki, bu da Mərkəzi Bankın hədəflədiyi aşağı sərhədə yaxın idi. Qərbi Yavada isə inflyasiya 1.64 faiz təşkil edib.

2025-ci ilin ilk iki ayında elektrik enerjisinə böyük subsidiyaların verilməsi səbəbindən inflyasiya daha da azalıb. İqtisadçılar proqnozlaşdırırlar ki, bu il inflyasiya Mərkəzi Bankın 1.5 faiz - 3.5 faiz hədəf aralığında qalacaq.

İndoneziyanın Mərkəzi Bankı, inflyasiya idarəçiliyini dəstəkləmək üçün ənənəvi tədbirlərdən kənara çıxaraq müxtəlif innovativ təşəbbüslər həyata keçirir. Bank büdcə idarəçiliyi haqqında podkastlar hazırlayır, sahibkarlıq proqramlarını təşviq edir və yerli ərzaq tədarükünü artırmaq üçün layihələr həyata keçirir.

Məsələn, Santi Asromo İslam internat məktəbində tələbələr üçün istixana tikilib və burada Çin kələmi və su ispanağı becərilir. Bundan əlavə, məktəbin yaxınlığında balıq təsərrüfatı qurularaq şagirdlərin kənd təsərrüfatı və iqtisadiyyata töhfə vermələri təşviq edilir.

İndoneziyanın Mərkəzi Bankı inflyasiya ilə mübarizədə din xadimlərinin təsir gücündən istifadə edərək, insanları həddindən artıq istehlakdan çəkindirməklə qiymət sabitliyini qorumağa çalışır.

Məqalədə: #İndoneziya #Ramazan orucu #Ramazan ayı #infilyasiya #Ramazan sahuru #Ramazan 2025

Mövzu üzrə digər xəbərlər

Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib
Siyasət

Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

15 Avqust 22:26
İndoneziyanın Halmahera adasında 5,5 bal gücündə zəlzələ baş verib
Digər Dövlətlər

İndoneziyanın Halmahera adasında 5,5 bal gücündə zəlzələ baş verib

5 Avqust 21:34
İndoneziya və Sinqapur Malakka boğazının açıq qalacağını bəyan edib
Digər Dövlətlər

İndoneziya və Sinqapur Malakka boğazının açıq qalacağını bəyan edib

6 İyul 19:03
Sina sərhədində hərbi mərkəz: Əl-Əriş şəhəri Qəzzanın yeni idarəetmə nüvəsinə çevrilir
VOA təhlil mərkəzi

Sina sərhədində hərbi mərkəz: Əl-Əriş şəhəri Qəzzanın yeni idarəetmə nüvəsinə çevrilir

21 İyun 15:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.