11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

“Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur

21 May 2024 22:04
“Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur

Bakı. AzerVoice:

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə karyera yolunda uğur əldə etmək istəyən gənclər üçün həyata keçirilən “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi başlayıb.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən bildirilib.

Düşərgənin ilk günündə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Şəki şəhərində yerləşən abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər.

Panel müzakirə formatında baş tutan rəsmi açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Şəki Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev gənclərə məşğulluğun təmin edilməsində dövlət tərəfindən yaradılan xidmətlər barədə məlumat verib, uğurlu karyera xəritəsi qurmaq istiqamətində öz tövsiyələrini bölüşüb, müasir çağırışlardan, rəqəmsal dünyanın gənclərdən tələb etdiyi bilik və bacarıqlardan danışıblar.

20-24 may tarixlərində davam edəcək düşərgə zamanı gənc iştirakçılar üçün karyera planlamasında vacib addımlar, düzgün məqsədlərin təyin edilməsi, effektiv CV-nin yazılması, müsahibəyə hazırlıq qaydaları və s. mövzularda təlimlər, panel müzakirələr, müxtəlif peşələr üzrə master-klasslar, konsultasiya xidmətləri, əyləncəli enercayzerlər, komanda quruculuğu və intellektual oyunlar, idman yarışları keçiriləcək. Həmçinin, düşərgə müddətində gənclər Şəki şəhərinin zəngin mədəniyyət və tarixinə ekskursiya edəcəklər. Hər günün yekununda düşərgə iştirakçıları üçün konsert proqramı təşkil olunacaq.

Düşərgənin əsas məqsədi gənclərin məşğulluq imkanlarının artırılması üçün gənclər arasında şəbəkələşmə əlaqələrinin gücləndirilməsi və onların karyera planlaması istiqamətində maarifləndirilməsinə dəstək olmaqdır.

Xatırladaq ki, “Gənclərin Məşğulluq Məktəbi” ilk dəfə 6-10 fevral 2023-cü il tarixlərində qış düşərgəsi formatında Mingəçevir şəhərində 120 gəncin iştirakı ilə baş tutmuşdur.

TurkicWorld ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında rəsmi media tərəfdaşlığı 2024-cü ilin fevral ayının 15-də imzalanıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

“Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur
Məqalədə: #“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.